Previous Next
Bağla

“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib

24-10-2024 21:30
“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib

“TikTok” Azərbaycandakı auditoriyaya “TikTok for Business” platformasını təqdim edib.

Xeberler.az məlumat verir ki, “TikTok for Business” platforması böyük beynəlxalq və yerli şirkətlərdən tutmuş kiçik və orta biznesə qədər, FMCG və gözəllik sənayesindən tutmuş elektron ticarət və videooyunların yaradıcılarına qədər hər miqyasda və sektorda biznesin inkişafı üçün effektiv alətlər təklif edir.

“TikTok for Business” platformasının unikal xüsusiyyəti təkcə reklam mesajlarını auditoriyaya çatdırmaq imkanından ibarət deyil, eyni zamanda, brendlər istifadəçilərlə eyni dildə ünsiyyət quraraq onların etibarını və sevgisini qazana bilərlər. Biz biznesə qarşıya qoyulan məqsədləri maksimum dərəcədə effektiv həll etməyə imkan verən həllər tapmaqda kömək edirik. “TikTok for Business”in geniş alət dəsti istənilən hədəfə çatmağa imkan verir: yeni məhsulun bazara çıxarılmasından tutmuş satışların artırılmasına qədər. Biz Azərbaycanda şirkətlərin “TikTok”un imkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəricilərini artırmasına yardım etmək istəyirik”, - deyə şirkətin Azərbaycan, Türkiyə, Mərkəzi və Cənubi Asiyada Qlobal biznes həlləri departamentinin rəhbəri Barış Aldanmaz qeyd edib.

“TikTok”un yeni tətbiqi ilə;

- Brendlər “TikTok”u öz strategiyalarına yaradıcılığı və əyləncəni inteqrasiya etmək üçün seçməyə başlayıblar. Marketoloqlar artıq istehlakçıları yayındırmaq yerinə, onları əyləndirməyə daha çox diqqət yetirirlər və reklam istehlakçılar üçün narahatlıq yaradan elementdən zövqlə vaxt ayırdıqları məzmuna çevrilir: “İstifadəçilərimizin 74 faizi platformada olan reklamları kreativ hesab edir, 67 faizi isə “TikTok”dakı reklamların unikal olduğunu düşünür.

- “TikTok” icması yaradıcı düşüncəli və dünyanı kəşf etmək həvəsində olan aktiv insanlardan ibarətdir. “TikTok” istifadəçiləri razılaşırlar ki, digər onlayn platformalarla müqayisədə bu platforma 1,8 dəfə daha çox onlara düşünmədikləri maraqlı mövzuları kəşf etməyə kömək edib. İstifadəçilərin 80 faizdən çoxu isə “TikTok”un onlara maraqlı brendlər və məhsullar tapmaqda kömək etdiyini bildirir.

- “TikTok”da reklamlar auditoriya tərəfindən o qədər təbii qəbul edilir ki, platformada artıq 10 milyondan çox paylaşım olan “#TikTokMadeMeBuyIt” həştəqi formalaşıb. Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paket açır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.

Araşdırmalar göstərir ki, “TikTok”da fəal şəkildə reklam olunan məhsullar populyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindən müsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin 61 faizi “TikTok”da məzmunu gördükdən sonra alış-veriş ediblər. “TikTok” istifadəçilərinin isə 76 faizi platformadan ilhamlanaraq etdikləri alışlardan məmnun qalıblar.

İndi Azərbaycandakı şirkətlər “TikTok”da öz bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tramp TikTok qadağasını yenidən təxirə salıb

08-05-2025

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

19-01-2025

İlon Mask “TikTok”u almaqda maraqlı deyil

09-02-2025

Tramp: ABŞ TikTok-un yarısına sahib olmaq hüququna malik olmalıdır

21-01-2025

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022

Tramp: “TikTok”u almaq istəyən ABŞ alıcılarının siyahısı var

22-08-2025

TikTok 2024-cü ildə Azərbaycan üzrə 3 milyondan çox video silib

08-04-2025

“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər

27-01-2025

Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb

17-01-2024

“TikTok” videoların müddətini artırıb

01-03-2022

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

16-09-2025

Deputatlara TikTok-dan istifadə qadağan edildi

17-03-2023

TikTok öz yeni funksiyalarını sınaqdan keçirir

21-05-2022

Rusiya və digər ölkələrdə “TikTok”un işində problemlər yaranıb

25-01-2025

TikTok 2021-ci ildə internetdə ən çox ziyarət edilən resurs olub

23-12-2021

"TikTok”-un ABŞ-da fəaliyyətinin dayandırılması 90 gün uzadılıb

19-06-2025

“TikTok”da 3 dəqiqəlik video yerləşdirmək mümkün olacaq

06-07-2021

“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar edə bilər

24-08-2025

Tramp TikTokun ABŞ-də taleyini Çinlə müzakirə etmək niyyətindədir

20-02-2025

Trump “TikTok”u ABŞ-da saxlamaq istəyir

29-05-2025

TikTok-da “Azərbaycan müəllimləri” adlı müsabiqəyə start verilir

05-05-2025

Avropa Komissiyası "TikTok"a xəbərdarlıq edib

06-02-2026

Donald Trump "TikTok"-u bloklamaq niyyətində deyil

31-03-2025

ABŞ “TikTok”u qadağan edir

19-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə