Azərbaycanlı Qərib Mehdiyevin həmtəsisçisi olduğu "WeTravel" Yeni Zelandiyanın çoxgünlük və fərdiləşdirilmiş səyahətlərin təşkili üçün proqram təminatı hazırlayan "Tourwriter" şirkətini satın alıb.
Xeberler.az məlumat verir ki, 20 ildən artıqdır fəaliyyət göstərən "Tourwriter" tur operatorları və DMC-lər üçün səyahət proqramlarının hazırlanması, təchizatçıların idarə edilməsi, qiymət və marja hesablamaları, fakturalar və analitika kimi alətlər təqdim edir. Son iki ildə platforma üzərindən 1 milyard dollardan çox səyahət satışı həyata keçirilib.
WeTravel bu satınalmanın çoxgünlük səyahət biznesləri üçün süni intellekt əsaslı vahid əməliyyat sistemi yaratmaq strategiyasının bir hissəsi olduğunu açıqlayıb. Şirkət ötən il 92 milyon dollarlıq Series C investisiya raundu da cəlb edib.
WeTravel 2014-cü ildə Yohannes Koeppel (CEO), azərbaycanlı Qərib Mehdiyev (CTO) və Zaki Prabovo (CMO) tərəfindən təsis edilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları