ABŞ-ın Microsoft korporasiyası Uber xidmətinin maliyyələşdirilməsinin yeni raundunda iştirak edən şirkətlər sırasına daxil olub.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, maliyyələşmənin yekunları üzrə taksi sifarişi servisinin dəyəri 50 milyard dollar qiymətləndirilib.
İyulun 31-də başa çatan investisiya sazişinə görə proqram təminatı istehsalçısı Uber servisinə 100 milyon dollar yatırıb. Servisə əvvəllər Baidu, The Times Group və Goldman Sachs kimi şirkətlər sərmayə qoyub.
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan Uber şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 1,2 milyard dollarlıq investisiya cəlb edib və onun dəyəri 41 milyard dollar qiymətləndirilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri