SİNAM MMC yalnız Bakı şəhərini əhatə edən ödənişsiz Yollar ofline GPS naviqatorunun davamı olaraq Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən YollarPRO Offline GPS naviqasiya proqramını da istifadəyə verib.
Bu barədə Xeberler.az-a SİNAM MMC-dən bildirilib. Məlumatda qeyd olunub ki, naviqatorun Azərbaycan və Gürcüstan üzrə navigasiya xəritələri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış Gomap.az elektron layihəsinin xəritələrinin adaptasiya olunmuş versiyaları əsasında yaradılıb.
Yeni GPS naviqasiya proqramının əsas üstünlüklərindən biri onun smartfonlarda və planşetlərdə quraşdırılaraq istifadə oluna bilməsi imkanıdır.
Bu proqram, marşrutun planlaşdırılması, həyata keçirilməsi və təyinat məntəqəsinə qədər naviqasiya üçün nəzərdə tutulub. Naviqasiya proqramından internetə qoşulmadan istifadə etmək mümkündür. O tamamilə təcrid olunmuş halda, internetə qoşulmadan axtarış etməyə və naviqasiya etməyə qadirdir. Xəritələr proqram olan cihazın yaddaşında saxlanılır və ona görə də istifadəçilər rouminq servisindən istifadə etmir və bununla qənaətə nail olur. Bununla yanaşı, əlavə bağlantı olmadığından cihazın akkumulyatoru daha çox işləyir və səyahət zamanı istifadəçilər üçün əlavə rahatlıq yaradır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri