Previous Next
Bağla

Mənzillərə pulsuz telefon çəkilişi nə dərəcədə faydalı təşəbbüsdür?

27-11-2015 15:09
Mənzillərə pulsuz telefon çəkilişi nə dərəcədə faydalı təşəbbüsdür?

“Rabitə aylığı”nda ev telefonu çəkilişi əvəzinə əhalinin internet  problemi həll olunmalıdır”.

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı"na  başlayıb. Beləliklə, bu ay  ərzində sahə üzrə müvafiq öhdəliklərin icrasına nəzarət artırılıb.

"Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində prioritet seçilən məsələlər üzrə vətəndaş qəbulunun müəyyən edilmiş vaxtlarda və lazımi səviyyədə aparılması, həmçinin, müraciətlər üzrə operativ tədbirlərin görülməsi, xidmətin keyfiyyət səviyyəsi üzrə onlayn sorğuların keçirilməsi və əldə olunan nəticələr üzrə tədbirlərin görülməsi qərarlaşdırılıb.

"Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində baş tutacaq güzəştli kampaniyalar bunlardır:

- mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi;

- təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi;

- CDMA nömrələrinin çəkilişinin ödənişsiz sənədləşdirilməsi;

- İPTV xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi;

- genişzolaqlı internet xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi;

- domen adlarının qeydiyyatı ilə bağlı kampaniyanın keçirilməsi kimi güzəştli kampaniyaların təşkili.

Ekspertlər isə hesab edir ki, "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində İKT sektorunda mövcud vəziyyəti qiymətləndirmək, problemləri, prioritetləri müəyyən etmək və bunların aradan qaldırılması üçün yeni yanaşmalar irəli sürmək lazımdır. Yəni, eskpertlər RYTN-nin bu ay çərçivəsindəki işlərini yetərli hesab etmirlər.

Qeyd edilir ki, evlərə telefon çəkilişi, hər hansı rabitə xidmətlərindən birinin ödənişsiz çəkilməsi əvəzinə ümumilikdə İKT sektoru və rabitə sahəsində hələ də həll olunmamış problemlərin araşdırılmasına çalışmaq daha məqsədəuyğundur. Ekspertlər bildirir ki, vətəndaşların rabitə xidmətləri üzrə həllini gözlədiyi ciddi problemlər aşağıdakılardır:

- internetlə bağlı dövlət provayderlərinin haqsız rəqabət mühiti yaratmasına,  qiymətlərin yüksək olmasına, provayderlərin istifadəçiləri “çəkidə aldatmaq” məsələsinə, ATS- lərdə hər bir müştəriyə görə  provayderlərdən alınan qeyri-qanuni haqlara  diqqət yetirilməsi;

- RYTN  və Delta Telecom tərəfindən, xüsusilə də son günlərdə baş verən “16 noyabr” internet problemindən sonra,  internet qiymətlərinin endirilməsi və ya bu qiyməti saxlamaqla sürətin artırılması;

- BTRİB, Aztelekom və Ultel-də mövcud olan  “doğma provayder” məsələsinə, inhisarçılıq məsələsinə son qoyulması;

- kabel-kanalizasiya sistemlərindən hər bir provayderin istifadəsi üçün şərait yaradılması, İP telefoniya xidmətinə olan  qadağanın aradan götürülməsi;

- RYTN-də və tabeli qurumlarda  şəffaflıq və informasiya açıqlığı məsələlərinin gücləndirilməsi, RYTN-də  ictimai nəzarət imkanlarının genişləndirilməsi;

- BTRİB- in müəyyən etdiyi analoqu olmayan  tariflərin ləğv edilməsi.

Bu cür problemlərə rəğmən , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  evlərə ödənişsiz telefon çəkdirməklə bağlı təşəbbüsü elə də ciddi səslənmir.

Çünki bu  sektorda real vəziyyət ondan ibarətdir ki, əhalinin ev telefonu çəkilişinə ehtiyacı yoxdur. İnsanlar artıq ev telefonların nömrələrini belə unudublar,  ev telefonundan istifadə edənlərə az-az hallarda rast gəlmək mümkündür.

Reallıq  ondan ibarətdir ki, əhalinin ev telefonuna deyil, keyfiyyətli və sərfəli internetə və mobil rabitəyə, rəqabətli, şəffaf, informasiyalı mühitə ehtiyacı var.

 

Ruhəngiz Muradova

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RYTN rabitə sahəsində rəqabətli mühit yaratmağa hazılaşır

20-11-2015

Nazirlik güzəştli şərtlərlə telefon çəkilişlərinə başlayır

21-11-2015

Göygöldə internet infrastrukturunun qurulması başa çatıb

03-12-2015

7 mindən çox telefon çəkilişi xidməti sifariş verilib

08-12-2015

“Hazırda İKT sektorunda durğunluq, ruh düşkünlüyü yaşanır”

23-11-2015

Portal üzərindən simsiz şəbəkəyə 1231 nəfər qoşulub

13-12-2015

AzDataCom güzəştli internet kampaniyasına başlayıb

25-11-2015

RYTN-ə daxil olan müraciətlərin sayı azalıb

22-04-2015

“Doğma provayderlər”in taleyi necə olacaq?

24-11-2015

RYTN-də işləri canlandırmaq istəyirlər

01-12-2015

Əhali yüksək keyfiyyətli rabitə xidmətləri istəyir- Sorğu

06-10-2016

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015

Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edildi

08-01-2024

Paytaxtda internet xidmətlərinin keyfiyyətinin artırılması üzrə tədbirlər görülür

07-05-2014

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

17-03-2016

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Bakıda İnternet istifadəçilərinin sayı 72 faiz artıb

30-07-2015

Bakıətrafı qəsəbələrdə simsiz rabitə xidməti stansiyaları qurulur

19-10-2015

Əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

19-03-2019

Ramin Quluzadə nazirliyin qurumlarına hava şəraiti ilə bağlı göstəriş verib

07-02-2020

Aztelekom-un xidmətləri ilə bağlı sorğu keçirilir

24-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə