Previous Next
Bağla

Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edildi

08-01-2024 12:52
Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edildi

"Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən, internet xidmətlərinin keyfiyyət göstəriciləri" təsdiq edilib.

Xeberler.az  xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qərar imzalayıb.

Qərara əsasən, "Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" təsdiq edilib.

Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən, internet xidmətlərinin keyfiyyət göstəriciləri

Ümumi müddəalar

"Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" (bundan sonra - Sənəd) "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 33.1.5-ci və 34.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"nin 3.0.40-cı yarımbəndinə əsasən hazırlanıb.

Bu sənəd rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətləri üzrə keyfiyyət göstəricilərini müəyyən edir.

Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş hədlərdə müvafiq beynəlxalq standartlara, Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa Telekommunikasiya Standartları İnstitutunun tövsiyələrinə uyğun hazırlanıb,

Əsas anlayışlar

Bu sənəddə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

xidmət keyfiyyəti - rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin istifadəçisinin ehtiyaclarını ödəmək qabiliyyətinə əsaslanan xüsusiyyətlərin məcmusu;

xidmət keyfiyyəti göstəricisi - xidmət keyfiyyətinin ölçülə bilən dəyəri.

Bu sənəddə istifadə olunan digər anlayışlar "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən olunmuş mənaları ifadə edir.

Məqsədlər

Bu sənədin əsas məqsədləri aşağıdakılardan ibarətdir:

xidmət keyfiyyəti göstəricilərinin başa düşülən və tətbiq oluna bilən olması;

xidmət keyfiyyəti üzrə məlumatların yetərli, təfərrüatlı, müqayisə oluna biləcək və əlçatan olması;

xidmət keyfiyyəti göstəricilərinin eyni xidmət üzrə bütün bazar iştirakçıları üçün eyni olması;

xidmət keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğun olması;

rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətləri istifadəçilərinin maraqlarının qorunması, müştəri məmnuniyyətinin artırılması;

eyni mövqedə olan istifadəçilər arasında ayrı-seçkiliyə yol verilməməsi, eyni xidmətin eyni mövqedə olan istifadəçilərə eyni xidmət keyfiyyəti səviyyəsində təqdim edilməsi;

 

xidmət keyfiyyətinin inkişafında ixtisaslaşdırılmış təcili yardım xidməti ilə əlaqənin təmin edilməsi və əlilliyi olan şəxslərin ehtiyacı kimi xüsusi hallara diqqət edilməsi;

xidmət keyfiyyətinin ölçülməsi yolu ilə xidmətlərin göstərilməsində çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üzrə müvafiq tədbirlərin görülməsi;

xidmət keyfiyyətinin tələb olunan səviyyədən yuxarı olmasının təmin edilməsi;

istifadəçinin rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini və həmin xidmətləri təqdim edən sahibkarlıq subyektini sərbəst və məlumatlı şəkildə seçməsinin təmin edilməsi üçün xidmət keyfiyyəti haqqında məlumatların şəffaf və əlçatan olması;

rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektlərinin xidmət keyfiyyəti barədə reklam məlumatlarının dəqiqliyinə nail olunması;

rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlər, o cümlədən internet xidmətləri bazarlarında mövcud vəziyyətin təhlil edilməsi;

rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektləri arasında sağlam rəqabət mühitinin yaradılması və qorunması.

Əsas prinsiplər

Xidmət keyfiyyətinin əsas prinsipləri aşağıdakılardır:

operativlik - rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərə, o cümlədən internet xidmətlərinə qoşulmaq üçün müraciət olunduqdan sonra xidmət təqdim edən sahibkarlıq subyektlərinin operativ şəkildə xidmətə qoşulmanı təmin etməsi üçün müddətin müəyyən olunması;

dəqiqlik - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra - Nazirlik) təqdim olunan və ya yayımlanan məlumatın dəqiq olması;

dayanıqlılıq - rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektlərinin xidmətlərin dayanıqlı və fasiləsiz işləməsinə əmin olması;

əlçatanlıq - rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektləri tərəfindən coğrafi ərazi, qiymət və sair amillərdən asılı olmayaraq, məlumatlardan və xidmətlərdən istifadə etmək imkanının təmin edilməsi;

şəffaflıq - rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən əməliyyatların şəffaf və hesabatlı olması;

ayrı-seçkiliyin olmaması - rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektlərinin bütün istifadəçilərə eyni şərtlərlə və eyni keyfiyyətlə xidmət göstərməsi;

etibarlılıq - xidmət keyfiyyəti barədə təqdim olunan məlumatın dəqiq olması və bu məlumat mənbəyinin təsdiq olunması;

informasiyanın tamlığı - xidmət keyfiyyəti barədə informasiyanın dəqiq, dolğun, hərtərəfli və bütöv olması;

məsuliyyətlilik - xidmət keyfiyyəti göstəricilərinə riayət olunması, eləcə də xidmətlərin keyfiyyət gostəricilərinin dəyərinin tələblərə uyğun və ya ondan yuxarı səviyyədə olmasının təmin edilməsi;

konfidensiallıq - xidmət keyfiyyəti barədə proseslərdə yalnız müqavilə tərəfi olan istifadəçilərin məlumatlılığının təmin edilməsi;

təhlükəsizlik - informasiyanın tamlığının, əlçatanlığının, konfidensiallığının və mötəbərliliyinin mühafizə edilməsi

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA internet üzrə keyfiyyət göstəricilərini təqdim edib

29-11-2024

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

17-03-2016

Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

22-09-2015

Mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb

01-06-2015

AzInTelecom ilə Belarusiya arasında müqavilə imzalanıb

05-12-2019

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015

Borclu abunəçilərə şad xəbər

08-08-2019

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

22-05-2020

Nazirlik güzəştli şərtlərlə telefon çəkilişlərinə başlayır

21-11-2015

Nazirliyin gələn il üçün xərci açıqlanıb

08-12-2015

Ramin Quluzadə Masallıda vətəndaşlarla görüşüb

14-04-2017

Ramin Quluzadə İsmayıllıda vətəndaşlarla görüşüb

06-05-2017

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

29-12-2019

Əlilliyi olan şəxslər üçün yeni layihə hazırlanıb

12-07-2019

Elektron Təhlükəsizlik Xidmətinə yeni səlahiyyət verilib

19-12-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015

Əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

19-03-2019

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Təhlükəli hava şəraiti ilə əlaqədar nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb

16-01-2019

Nazir İmişlidə vətəndaşları qəbul edib

10-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə