Previous Next
Bağla

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015 15:41
I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Nazirliyin  birlik və müəssisələrinin I Avropa Oyunlarına hazırlıq üzrə  RYTN-BAOƏK arasında rəhbər komitənin sayca XIX - sonuncu  iclası keçirilib.

RYTN-dən Xəbərlər-ə verilən məlumata görə, iclasda Rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasov I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyətindən danışıb. Nazir oyunlara hazırlıq dövründə BAOƏK-in tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyini və başa çatdırıldığını, RYTN-in rabitə  birlik və müəssisələrinin, digər əlaqədar strukturların birgə səmərəli fəaliyyət göstərdiklərini qeyd edib.

Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə xidmətlərinin təşkilinə, dövlət və strateji internet saytlarının mühafizəsinə, informasiya təhlükəsizliyinə, internet xidmətlərinin təşkilinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, "Azerspace-1" peykinin Oyunların yayımında istifadəsinə dair məlumatları dinlənildi.
 
Eyni zamanda Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında ABŞ-ın "Global Wireless Solutions" şirkətinin eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə edilib.

Bundan başqa, mobil operatorların rəhbərlərinin monitorinqin nəticələri və  Oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatları dinlənilib.
 
Nazir yekun çıxışında telekommunikasiya, radio-televiziya, internet və mobil rabitə xidmətlərinin, radiotezliklərin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının və obyektlərinin etibarlı işinin təmin edilməsi, həmçinin mühafizəsinin daha da gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. 

Oyunların telekommunikasiya xidmətləri ilə təchizatı və radiotezliklərlə təminatı üzrə hazırlığın lazımi səviyyədə olduğunu qeyd edən nazir bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə RYTN-də Rəhbər Komitənin iclası keçirilib

29-04-2014

RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015

Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

22-09-2015

Ramin Quluzadə nazirliyin qurumlarına hava şəraiti ilə bağlı göstəriş verib

07-02-2020

Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

16-05-2015

Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

27-12-2017

Mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb

01-06-2015

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

17-03-2016

Nazirlik rabitə müəssisələrinə tapşırıq verdi

23-06-2017

Bayramda rabitə müəssisələri fasiləsiz işləyəcək

16-03-2017

WUF13 zamanı telekommunikasiya xidmətlərinin təmin edilməsi müzakirə edilib

13-05-2026

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

22-05-2020

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015

Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

12-06-2015

“Azerspace-1” peyki Bakı-2015 I Avropa Oyunlarını dünyada yayımı üçün cəlb olunan 4 peykdən biri kimi seçilib”

24-04-2015

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

27-12-2018

Əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

19-03-2019

RYTN rabitə sahəsində rəqabətli mühit yaratmağa hazılaşır

20-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə