Previous Next
Bağla

Əhali yüksək keyfiyyətli rabitə xidmətləri istəyir- Sorğu

06-10-2016 18:24
Əhali yüksək keyfiyyətli rabitə xidmətləri istəyir- Sorğu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edib. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunub.

400 nəfərin iştirak etdiyi sorğu iki müxtəlif auditoriyanı – rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşları əhatə edib.

Sorğunun nəticələrinə görə, rabitə xidmətlərindən istifadə edən vətəndaşların 24%-i texniki keyfiyyətin aşağı olmasını, 13%-i tariflərin yüksək olmasını, 63 %-i isə rabitə xidmətlərindən razılığını bildiriblər.

Telefon rabitəsindən istifadə edənlərin 82 faizi göstərilən xidmətlərdən razılığını, 18 faiz telefon xətlərindəki problemlərdən narazılığını bildirib.

“Rabitə və internet xidmətlərində hansı üstünlükləri və dəyişiklikləri görmək istərsiniz” sualına sorğuda iştirak edənlərin 55%-i keyfiyyətin yüksəldilməsini, 19%-i tariflərin endirilməsini istəyiblər. Respondentlərin 26%-i isə mövcud xidmətlərin onları qane etdiklərini bildiriblər.

 Rabitə xidmətlərindən istifadə etməyən vətəndaşların 48%-i mövcud xidmətlərdən və tariflərdən məlumatsız olduqlarını, 13%-i isə rabitə xidmətlərinə ehtiyaclarının olmadığını qeyd ediblər. Sorğuda xidmətlərdən istifadə etməyən vətəndaşların  39%-i yaxın gələcəkdə rabitə xidmətlərindən istifadə etməyi planlaşdırdıqlarını vurğulayıblar. 

Respondentlərin 22%-i Aztelekom MMC-nin 170 çağrı mərkəzi-nin xidmətlərindən  istifadə etdiyini, 14% bu xidmət haqda məlumatsız olduqlarını, 64%-i isə ehtiyac olmadığı üçün istifadə etmədiklərini bildirib.    

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsini və əlçatanlığını təmin etməyi tabe müəssisələrin qarşısında əsas prioritet kimi müəyyənləşdirib. Nazirliyin tapşırığına uyğun olaraq rabitə və birlik müəssisələri ilk öncə mövcud problemləri müəyyənləşdirməli və problemlərin aradan qaldırılması üçün mühüm tədbirlər görməlidirlər. Aztelekom MMC-nin əhali arasında sorğu keçirməkdə də əsas məqsədi mövcud rabitə infrastrukturunda olan problemlərin  müəyyən edilərək aradan qaldırılması və müştəri məmnunluğunun təmin  edilməsi ilə bağlı araşdırmalara vətəndaşların rəyinin də alınmasıdır.

 

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Aztelekom-un xidmətləri ilə bağlı sorğu keçirilir

Aztelekom-un xidmətləri ilə bağlı sorğu keçirilir

24-08-2016
Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

18-01-2021
Müharibə əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olundu

Müharibə əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olundu

24-05-2019
RYTN-ə daxil olan müraciətlərin sayı azalıb

RYTN-ə daxil olan müraciətlərin sayı azalıb

22-04-2015
Karantin günlərində “Aztelekom” və “Baktelecom” fəaliyyətini davam etdirəcək

Karantin günlərində “Aztelekom” və “Baktelecom” fəaliyyətini davam etdirəcək

13-06-2020
İnformasiya və rabitə müəssisələrinin gəlirləri açıqlanıb

İnformasiya və rabitə müəssisələrinin gəlirləri açıqlanıb

25-07-2019
Aztelekom da qaynar-xətt yaratdı

Aztelekom da qaynar-xətt yaratdı

13-10-2010
Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən razısınız? -Sorğu

Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən razısınız? -Sorğu

22-01-2018
RƏQƏMLİ TELEVİZİYA YAYIMININ TƏTBİQ EDİLMƏSI ÜÇÜN HAZIRLIQ İŞLƏRI APARILIR

RƏQƏMLİ TELEVİZİYA YAYIMININ TƏTBİQ EDİLMƏSI ÜÇÜN HAZIRLIQ İŞLƏRI APARILIR

12-07-2010
Nazirliyin elektron  xidmətlərindən  185 mindən çox istifadə olunub

Nazirliyin elektron xidmətlərindən 185 mindən çox istifadə olunub

10-07-2015
Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənilib - SORĞU

Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənilib - SORĞU

12-06-2023
Bakıda İnternet istifadəçilərinin sayı 72 faiz artıb

Bakıda İnternet istifadəçilərinin sayı 72 faiz artıb

30-07-2015
Rabitə xidmətlərinin həcmi artır

Rabitə xidmətlərinin həcmi artır

26-01-2009
Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

10-08-2015
NRYTN genişzolaqlı internetin əhatə dairəsini genişləndirmək üçün yeni texnologiya tətbiq edir

NRYTN genişzolaqlı internetin əhatə dairəsini genişləndirmək üçün yeni texnologiya tətbiq edir

04-08-2020
Bir ayda 134 milyon manata yaxın xidmət

Bir ayda 134 milyon manata yaxın xidmət

17-02-2015
Mənzillərə pulsuz telefon çəkilişi nə dərəcədə faydalı təşəbbüsdür?

Mənzillərə pulsuz telefon çəkilişi nə dərəcədə faydalı təşəbbüsdür?

27-11-2015
İnformasiya və rabitə xidmətlərinin dəyəri 14 faizdən çox artıb

İnformasiya və rabitə xidmətlərinin dəyəri 14 faizdən çox artıb

12-10-2023
Nazir Sumqayıtda vətəndaşları qəbul edib

Nazir Sumqayıtda vətəndaşları qəbul edib

27-01-2017
İnformasiya və rabitə xidmətlərinin həcmi 7,9 faiz artıb

İnformasiya və rabitə xidmətlərinin həcmi 7,9 faiz artıb

22-02-2016
İnformasiya və rabitə xidmətlərinin dəyəri 12 faizdən çox artıb

İnformasiya və rabitə xidmətlərinin dəyəri 12 faizdən çox artıb

17-12-2024
Qar bölgələrdə rabitənin fəaliyyətinə  necə təsir edib?

Qar bölgələrdə rabitənin fəaliyyətinə necə təsir edib?

26-01-2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci oldu

09-09-2015
Telefon qovşaqlarının adları dəyişdirilib

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə