Previous Next
Bağla

RYTN rabitə sahəsində rəqabətli mühit yaratmağa hazılaşır

20-11-2015 13:25
RYTN rabitə sahəsində rəqabətli mühit yaratmağa hazılaşır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 20 noyabr-20 dekabr tarixlərində “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”na başlayır.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, bu məqsədlə RYTN-də müvafiq Tədbirlər Planı hazırlanaraq icra üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.

Ay ərzində əmək və icra intizamının artırılması, görülən işlərin səmərəliliyinin yüksəldilməsi və iş rejiminə ciddi riayət edilməsi, RYTN-ə və nazirliyin tabeliyindəki müəssisələrə daxil olan müraciətlərə “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun baxılmasının təmin edilməsi və nəzarətin artırılması nəzərdə tutulur.

 Ay ərzində mənzilə eyni zamanda  2 ədəd yeni telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi, CDMA nömrələrinin çəkilişinin ödənişsiz sənədləşdirilməsi, İPTV xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi, genişzolaqlı internet xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi, domen adlarının qeydiyyatı ilə bağlı kampaniyanın keçirilməsi kimi  güzəştli kampaniyaların təşkili, əhali və təşkilatların bu xidmətlərdən hərtərəfli faydalanması üçün əlavə tədbirlərin görülməsinə diqqət artırılacaq.

 RYTN-in Qaynar xəttinin işinə nəzarətin artırılması, əhali və təşkilatlar tərəfindən edilən müraciətlər üzrə təcili tədbirlərin görülməsi, 122 və 155 xidmətlərinə və digər təmir bürolarına daxil olan sifarişlərin uçotu, zədələnmələrin təlimatda nəzərdə tutulan müddətlərdə tam aradan qaldırılması üçün tədbir görülməsi və gündəlik analiz edilərək nəzarətin artırılması da ay ərzində rabitə sahəsində fəaliyyətin əsasını təşkil edəcək.

 Beynəlxalq və şəhərlərarası trafikin itkisiz və keyfiyyətlə ötürülməsi və alternativliyin təmin edilməsi, əsas və ehtiyat qida qurğularının normal işinin təmin edilməsi, tezlik resurslarından səmərəli istifadənin və sahibkarların tələbatının maksimum təmin edilməsi, respublika əhalisinin rəqəmli TV yayımı ilə yüksək keyfiyyətlə təmin edilməsi, respublika ərazisində dövlət və FM radio yayımının əhatəsinin və keyfiyyətinin lazımi səviyyədə təmin edilməsi də tədbirlərə daxil edilib.

“Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”nda yerinə yetiriləcək digər işlər poçt şöbələrində poçt və poçt-maliyyə xidmətlərinin lazımi səviyyədə göstərilməsi üçün əlavə tədbirlərin görülməsi və yerlərdə müşahidə aparılmaqla nəzarətin artırılması, əhali və təşkilatların, həmçinin sahibkarların elektron xidmətlərdən rahat istifadəsi üçün əlavə tədbirlərin görülməsi, Bakı şəhərində və regionlarda genişzolaqlı internet xidmətlərinin dövlət və özəl internet provayderləri tərəfindən bərabər hüquq və şərtlərlə göstərilməsinə riayət olunması, vətəndaşların qəbulunun müəyyən edilmiş vaxtlarda və lazımi səviyyədə aparılması və müraciətlər üzrə operativ tədbirlərin görülməsi, xidmətin keyfiyyət səviyyəsi üzrə onlayn sorğuların keçirilməsi və nəticəsi üzrə tədbirlərin görülməsidir.

Aylıq çərçivəsində xüsusi diqqət ediləcək digər məsələlər sahibkarlığın inkişafına kömək göstərilməsi və sağlam rəqabət şəraitinin yaradılması, yüksəkixtisaslı kadr hazırlığı, bacarıqlı və bilikli kadrların seçilib yerləşdirilməsidir.

Aylığın yüksək səviyyədə keçirilməsi və lazımi nəticələrin əldə edilməsi üçün digər zəruri tədbirlər də nəzərdə tutulub və Tədbirlər Planının icrası Nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mənzillərə pulsuz telefon çəkilişi nə dərəcədə faydalı təşəbbüsdür?

27-11-2015

Nazirlik güzəştli şərtlərlə telefon çəkilişlərinə başlayır

21-11-2015

RYTN-də işləri canlandırmaq istəyirlər

01-12-2015

NRYTN hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

17-02-2021

Ramin Quluzadə nazirliyin qurumlarına hava şəraiti ilə bağlı göstəriş verib

07-02-2020

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015

Göygöldə internet infrastrukturunun qurulması başa çatıb

03-12-2015

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

19-03-2021

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

08-05-2021

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015

Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

22-09-2015

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

17-03-2016

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

17-07-2021

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

27-12-2018

Əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

19-03-2019

Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

27-12-2017

Bayramda rabitə müəssisələri fasiləsiz işləyəcək

16-03-2017

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

29-12-2019

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

Bakutel 2015 çərçivəsində hansı tədbirlər təşkil ediləcək?

10-11-2015

Borclu abunəçilərə şad xəbər

08-08-2019

Nazirlik rabitə müəssisələrinə tapşırıq verdi

23-06-2017

Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edildi

08-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə