Previous Next
Bağla

100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz retranslyasiya olunub

21-11-2024 19:16
100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz  retranslyasiya olunub

"Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.

Xeberler.az məlumat verir ki, aparılan mütəmadi monitoriqlər nəticəsində platforma operatorları olan "Artkom.Net" MMC, "Boss Group" MMC və "Shakh Telecom" MMC-nin retranslyasiya paketlərində buna hüquq verən sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura tərəfindən 19-20 noyabr 2024-cü il tarixlərində inzibati xəta haqqında protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verib

09-10-2024

Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub

27-12-2024

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025

“ATV Plus” cərimələnib

01-11-2024

Retranslyasiya xidmətinin doqquz operatorunun hər biri cərimələnib

15-01-2025

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023

Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan edilib

16-06-2023

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023

Ailə TV oyunları canlı yayımlayacaq

15-08-2015

Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

24-11-2023

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025

“Səhiyyə TV” 16 min manat cərimələnib

27-08-2024

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023

4 televiziya kanalına xəbərdarlıq edildi

01-05-2023

Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

21-02-2023

MTRŞ: İnternet televiziya kanalları üçün iki tələb müəyyən olunub

17-06-2021

Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

09-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə