Previous Next
Bağla

Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub

27-12-2024 18:23
Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub

"Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər.

Xeberler.az məlumat verir ki, son 2 ay ərzində aparılan monitorinqlər nəticəsində "Artkom.Net" MMC, "Boss Group" MMC, "Shakh Telecom" MMC (Shakh TV), "AzəriGlobalServis" QSC (AGS TV), "Eurosel" MMC, "Clip TV" MMC, "Bulud Store" MMC (Bulud TV), "Smart Sistemz Technoloji" MMM (ODTV), "Beeonline" ASC, "Rahat Telecom" MMC, "Global Technology" MMC (Azəri TV) platforma operatorlarının retranslyasiya paketlərində qanunvericiliyin pozulması faktları aşkarlanmış, inzibati xəta haqqında müvafiq protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilmişdir.

Bugünədək keçirilmiş məhkəmə baxışları nəticəsində "Boss Group" MMC, "Shakh Telecom" MMC (Shakh TV), "AzəriGlobalServis" QSC (AGS TV), "Eurosel" MMC, "Artkom.Net" MMC "Rahat Telecom" MMC, "Smart Sistemz Technoloji" MMM (ODTV) hər biri 5000 manat cərimə olunmuşdur. Digər məhkəmə baxışlarının da yaxın zamanlarda baş tutacağı gözlənilir.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi monitorinqlər həyata keçirilir və nəticələr barədə əhaliyə zəruri məlumatlar təqdim olunacaqdır.

Bu proseslə yanaşı, Audiovizual Şura bir sıra veb-saytlar və sosial media hesabları vasitəsilə əhaliyə pirat olaraq xarici televiziya kanallarının retranslyasiyasını və audiovizual məzmunu təqdim edən resurslara qarşı mübarizəni davam etdirir. Həyata keçirilən zəruri tədbirlərin davamı olaraq 2024-cü il ərzində müvafiq məhkəmə qərarları ilə qeyd olunan istiqamətdə lisenziya almadan, qanunvericiliyə zidd olaraq fəaliyyət göstərən bir sıra İP ünvan və resurslara müraciət məhdudlaşdırılmışdır.

Lakin pirat retranslyasiya xidmətlərinə qarşı mübarizə birdəfəlik olmayıb, digər ölkələrdə olduğu kimi davamlı və mütəmadi xarakter daşımalı, həmçinin bütün cəmiyyət tərəfindən dəstəklənməlidir. Tənzimləyici qurum olaraq Audiovizual Şura əhalini yalnız lisenziya alaraq, qanuni fəaliyyət göstərən audiovizual media subyektlərinin xidmətlərindən istifadə etməyə, audiovizual media sahəsində piratçılığa qarşı həyata keçirilən fəaliyyəti dəstəkləməyə səsləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz  retranslyasiya olunub

100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz retranslyasiya olunub

21-11-2024
Audiovizual Şura "ATV Plus"u  məhkəməyə verib

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verib

09-10-2024
Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024
“ATV Plus” cərimələnib

“ATV Plus” cərimələnib

01-11-2024
Audiovizual Şurasının növbəti iclası keçirilib

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023
"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026
Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023
Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021
"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023
“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025
Retranslyasiya xidmətinin doqquz operatorunun hər biri cərimələnib

Retranslyasiya xidmətinin doqquz operatorunun hər biri cərimələnib

15-01-2025
Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

24-11-2023
Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025
Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

27-02-2025
MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

27-12-2021
Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023
“Səhiyyə TV” 16 min manat cərimələnib

“Səhiyyə TV” 16 min manat cərimələnib

27-08-2024
Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

03-12-2015
Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

11-08-2023
İKTA internet operator və provayderlərinin veb-saytlarını təhlil edib

İKTA internet operator və provayderlərinin veb-saytlarını təhlil edib

21-06-2025
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə