“Mərkəzi Seçki Komissiyasını ölkə ərazisindəki mövcud 124 seçki dairəsi ilə birləşdirən optik xətlər, eyni zamanda rabitə təhlükəsizliyinin təmin olunması məqsədilə ehtiyat optik xətt çəkilib, 1000 məntəqə videokameralarla təchiz edilib”
Xeberler.az-ın məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov mətbuat konfransında deyib.
Qeyd edək ki, dünən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın inzibati binasında seçkilər ərəfəsində veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olublar. Nazir daha sonra binada təşkil olunan mətbuat konfransına qatılıb.
Nazir Əli Abbasov seçkilərdə rabitə və informasiya texnologiyalarından istifadə olunmasının ölkəmizdə seçki sisteminin təkmilləşdirilməsi, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulması, seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət etdiyini vurğulayıb.
Nazir müavini İltimas Məmmədov bildirib ki, veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması, nəticələrin müəyyənləşdirilməsini və nəticələr haqqında rəsmi protokolların hazırlanmasını arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edir.
Onun sözlərinə görə,bütün məntəqələrin telefonlaşdırılması, məlumatların aşağı seçki komissiyaları tərəfindən yuxarı seçki komissiyasına ötürülməsinin onlayn rejimdə həyata keçirilməsi təmin edilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri