Previous Next
Bağla

“Seçkilər veb-kameralarla izləniləcək”

23-09-2015 11:14
“Seçkilər veb-kameralarla izləniləcək”

“Veb-kamera təcrübəsi hazırda Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdən keçirilir. Yəqin ki, yaxın günlərdə MSK-nın bununla bağlı müvafiq qərarı olacaq ki, veb-kameraların bu seçkilərdə hansı formada təşkil olunacağı öz əksini tapacaq”.

Xeberler.az-ın məlumatına görə, bu barədə MSK Katibliyinin rəhbəri Rövzət Qasımov noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.

Rövzət Qasımov bildirib ki, şəffaflığın təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri də 2008-ci ildən bəri Azərbaycanda keçirilən bütün seçkilərdə tətbiq olunan veb-kameralardan istifadə təcrübəsidir:

“Araşdırmalarımıza görə, veb-kamerlar bu formatda ilk dəfə olaraq məhz Azərbaycanda tətbiq olunur. Dünyanın istənilən nöqtəsindən internetə çıxışı olan şəxs bizim internet səhifəmizə daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər. Bəzən bunun statistikasına baxanda ölkə xaricindən seçki prosesini izləyənlərin sayı heç də ölkə daxilindəkilərdən az olmur. Bu veb-kamera təcrübəsi hazırda Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdən keçirilir. Yəqin ki, yaxın günlərdə MSK-nın bununla bağlı müvafiq qərarı olacaq ki, veb-kameraların bu seçkilərdə hansı formada təşkil olunacağı öz əksini tapacaq. Veb-kameraların quraşdırılması zamanı bütün ölkənin, hər bir dairənin ərazisinin əhatə olunması nəzərə alınır. Əlbəttə ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərdə şəffaflığın təmin olunması üçün mövcud meyarlardan biridir". 

O bildirib ki, seçki dairələri ilə ani məlumat mübadiləsini təmin edən şəbəkənin proqram təminatı daha da təkmilləşdirilib.

"Bu proqram təminatı vasitəsilə biz məlumatları asanlıqla, operativ toplayaraq ictimaiyyətə geniş məlumat vermək imkanına malikik. Hazırda bu sistemin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. MSK istənilən məsələdə hər bir seçkinin əvvəlkilərdən daha yaxşı olması üçün əlindən gələn bütün işləri görür. Biz bunun da nəticəsini görürük. Bütün bu yeniliklərin tətbiqində əsas məqsəd də odur ki, seçkilər Azərbaycan xalqı, seçicisi tərəfindən müsbət qəbul olunsun, açıq, şəffaf, ədalətli keçirilsin. Bunun da təmin olunması üçün MSK bütün addımları atır".

 

Xeberler.az



"

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

31-01-2024
Veb-kameralar seçkidə şəffaflığı təmin edəcək

Veb-kameralar seçkidə şəffaflığı təmin edəcək

09-10-2015
“Veb-kamera”lar sınaqdan keçirilib

“Veb-kamera”lar sınaqdan keçirilib

31-10-2010
Məntəqə seçki komissiyalarında “veb-kamera”ların quraşdırılması prosesi başlayıb

Məntəqə seçki komissiyalarında “veb-kamera”ların quraşdırılması prosesi başlayıb

30-11-2009
Ekspert: Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır

Ekspert: Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır

21-01-2020
Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

18-10-2010
 Hər kəs seçki prosesini onlayn  izləyə biləcək

Hər kəs seçki prosesini onlayn izləyə biləcək

22-09-2016
Səsvermənin gedişini onlayn izləmək olar

Səsvermənin gedişini onlayn izləmək olar

01-11-2015
“Veb-kamera”ların Texniki Nəzarət Mərkəzinə baxış keçirilib

“Veb-kamera”ların Texniki Nəzarət Mərkəzinə baxış keçirilib

13-03-2009
Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

19-11-2015
Nazir veb-kameralara texniki nəzarət mərkəzində olub

Nazir veb-kameralara texniki nəzarət mərkəzində olub

28-03-2018
1000 məntəqədə veb-kamera quraşdırılacaq

1000 məntəqədə veb-kamera quraşdırılacaq

15-02-2018
Seçki günü veb kameralar qüsursuz işləyəcək

Seçki günü veb kameralar qüsursuz işləyəcək

03-11-2010
Seçki məntəqələrində veb-kameraların quraşdırılması işləri başa çatıb

Seçki məntəqələrində veb-kameraların quraşdırılması işləri başa çatıb

21-10-2015
MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

01-09-2024
Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024
Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

28-03-2018
Məzahir Pənahov və Əli Abbasov bir arada

Məzahir Pənahov və Əli Abbasov bir arada

04-11-2010
MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

11-01-2025
Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

09-09-2016
“1000  məntəqədə videokamera quraşdırılıb”

“1000 məntəqədə videokamera quraşdırılıb”

22-10-2015
Nazir seçkilərdə quraşdırılan Veb-kameraların fəaliyyəti ilə tanış olub

Nazir seçkilərdə quraşdırılan Veb-kameraların fəaliyyəti ilə tanış olub

30-09-2013
Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

05-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə