Noyabrın 12-də ölkəmizdə Konstitusiya günü qeyd olunur. Müstəqil Azərbaycanın Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilib. Bu, qəbulun 31-ci ildönümüdür.
Xeberler.az bildirir ki, Konstitusiya Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb. 1995-ci ilin mayında onun sədrliyi ilə Konstitusiya Komissiyası yaradılıb, layihə həmin ilin oktyabrında ümumxalq müzakirəsinə çıxarılıb. Referendumda seçicilərin 86 faizi iştirak edib, onların 91,9 faizi yeni Əsas Qanunun lehinə səs verib. Konstitusiya həmin il noyabrın 27-də qüvvəyə minib.
Heydər Əliyev layihənin hazırlanması zamanı Əsas Qanunun müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzun müddət sabit inkişafını təmin etməli olduğunu bildirib. O, hakimiyyət bölgüsünün (ali icra, qanunvericilik və məhkəmə hakimiyyəti) xalqın iradəsinə söykənməli və seçkilər yolu ilə formalaşmalı olduğunu vurğulayıb.
1995-ci il Konstitusiyası müstəqilliyin bərpasından sonra qəbul edilmiş ilk Əsas Qanundur. Ölkə tarixində isə dördüncü Konstitusiyadır. Əvvəlki üç sənəd Azərbaycan SSR dövrünə aiddir və 1921, 1925 və 1978-ci illərdə qəbul edilib. 1918-1920-ci illərdə 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti isə Konstitusiya qəbul edə bilməyib.
Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Ona referendum yolu ilə 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları