Previous Next
Bağla

Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür

18-10-2024 09:34
Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür

Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünü qeyd edir.

Xeberler.az məlumat verir ki, 33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.

Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazandı. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev “müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

18-10-2023

18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günüdür

18-10-2025

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18-10-2021

Bu gün Müstəqilliyin Bərpası Günüdür

18-10-2022

15 iyun - Azərbaycan dövlətçiliyinin Qurtuluş Günüdür

15-06-2020

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir

18-10-2016

Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18-10-2017

15 İyun - Milli Qurtuluş Günüdür

15-06-2025

28 May müstəqillik günüdür

28-05-2026

28 May müstəqillik günüdür

28-05-2025

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15-06-2023

17 noyabr Milli Dirçəliş Günüdür

17-11-2024

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15-06-2015

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2023

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019

12 Noyabr - Konstitusiya Günüdür

12-11-2025

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12-12-2024

Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

12-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə