Previous Next
Bağla

12 Noyabr - Konstitusiya Günüdür

12-11-2025 08:32
12 Noyabr - Konstitusiya Günüdür

Noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür.

Xeberler.az məlumat verir ki, 30 il bundan öncə müstəqil Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiya bir əsrə yaxın dövrdən sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətini müəyyən edib.

Həmin sənəd müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyadır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiya da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəd idi.

Məhz bunun nəticəsində müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri məhz Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Belə ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil respublikamızın Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiyanın qəbul edildiyi gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və respublikamızın dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq, Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

12-11-2024

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12-11-2022

Azərbaycanda Konstitusiya Günüdür

12-11-2016

Azərbaycanda Konstitusiya Günüdür

12-11-2015

RİNN-də “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir keçirilib

14-11-2025

XRİTDX-də Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12-11-2025

Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18-10-2017

Bu gün Müstəqilliyin Bərpası Günüdür

18-10-2022

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir

18-10-2016

Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür

18-10-2024

15 iyun - Azərbaycan dövlətçiliyinin Qurtuluş Günüdür

15-06-2020

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019

​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2015

Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2016

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18-10-2021

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

18-10-2023

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir

28-05-2018

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017

Prezident İlham Əliyev and içib, mərasimdə nitq söyləyib

14-02-2024

İham Əliyev and içib

18-04-2018

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2024

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021

17 noyabr Milli Dirçəliş Günüdür

17-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə