Məlum olduğu kimi, atıq yeni tədris ili başlayıb.
Xeberler.az olaraq orta məktəblərdə internet xidmətləri və keyfiyyəti ilə maraqlandıq.
Hazırda Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında “Təhsil müəssisələrinin korporativ İnternet və İntranet şəbəkələrinə çıxışının təmin edilməsi” məqsədi ilə razılaşmaya əsasən AzEduNet MMC-nin maliyyəsi hesabına Respublika ərazisində yerləşən təhsil müəssisələrinə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə qoşulması məqsədi ilə fiber-optik xətlər çəkilir.
Bu barədə sorğumuza cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, fiber-optik xətlər təhsil müəssisələri ilə yanaşı, yaxın ərazilərdə yerləşən evlərə də çəkilir. Beləliklə də təhsil müəssisələrində təhsil alan şagird və müəllimlər internet və ATŞ-nin imkanlarından evlərində də bəhrələnə bilirlər.
Məlumatda bildirilir ki, bu modelin tətbiqi dövlət qurumu və özəl sektorun uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər və gələcəkdə təhsil müəssisələrinin aylıq abunə haqlarının əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq.
Bildirilib ki, hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) 2239 (fiber-optik qoşulma üzrə 128, simsiz qoşulma üzrə 561, ADSL qoşulma üzrə 1550) təhsil müəssisəsi qoşulub. Bakı şəhərində 51 ümumi təhsil müəssisəsi fiber-optik bağlantı ilə ATŞ-yə qoşulub (siyahı əlavə olunur). Hazırda fiber-optik bağlantı ilə ATŞ-yə qoşulan ümumi təhsil müəssisələrinin 29-u regionlarda yerləşir (siyahı əlavə olunur).
Nazrilikdən qeyd edilib li, 2008-ci ildə təhsil müəssisələrinin korporativ şəbəkəyə qoşulması və internetə çıxışının təmin edilməsi məqsədilə Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) yaradılıb və ATŞ AzEduNet şirkəti tərəfindən dəstəklənir.
ATŞ-də texnologiyalar sahəsində dünya liderləri olan Cisco, ZyXEL, HP və digər şirkətlərin avadanlıqlarından və həllərindən istifadə edilir.
AzEduNet MMC-nin Cisco Premier Partner, ZyXEL Silver System Integrator və digər şirkətlərlə partnyorluq statusları var.
AzEduNet MMC nəzdində Cisco şirkəti tərəfindən sertifikatlaşdırılmış sistem inteqrasiyası üzrə mühəndislər çalışır və şirkətə 2015-ci ildə Britaniya Standartlaşdırma İnstitutunun informasiya texnologiyaları sektorunda keyfiyyət zəmanəti verən İSO 20 000 sertifikatı verilib.
Təhsil Nazirliyi bu istiqamətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Aztelekom, BTRİB, Məlumat və Hesablama Mərkəzi ilə əməkdaşlıq edir.
S/s
|
Təhsil müəssisəsinin adı
|
1
|
"Ankara məktəbi" məktəb-liseyi |
2
|
132-134 nömrəli təhsil kompleksi |
3
|
276 nömrəli tam orta məktəb |
4
|
A.S.Makarenko Adına Humanitar Fənlər Təmayüllü Respublika Internat Tipli Gimnaziya |
5
|
Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi |
6
|
Azərbaycan Milli Konservatoriyası Nəzdində İncəsənət Gimnaziyası |
7
|
Bakı Avropa Liseyi |
8
|
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi |
9
|
Bakı Türk Anadolu liseyi |
10
|
Binəqədi rayon M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəb |
11
|
Binəqədi rayon R.Əliyev adına 3 nömrəli tam orta məktəb |
12
|
Fizika-Riyaziyyat və Informatika təmayüllü lisey |
13
|
Heydər Əliyev adına lisey |
14
|
İltifat Hacıyev Adına "Tərəqqi" texniki-humanitar lisey |
15
|
İlyas Əfəndiyev Adına Elitar Gimnaziyası |
16
|
Nərimanov rayon 291 nömrəli Ekologiya liseyi |
17
|
Nərimanov rayon Alı Mustafayev adına 202 nömrəli tam orta məktəb |
18
|
Nəsimi rayon 151 nömrəli tam orta məktəb |
19
|
Nəsimi rayon A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəb |
20
|
Nəsimi rayon A.S.Laginov adına 8 nömrəli tam orta məktəb |
21
|
Nəsimi rayon E.Tağızadə adına 164 nömrəli tam orta məktəb |
22
|
Nəsimi rayon İlqar Əbülhəsənov adına 42 nömrəli tam orta məktəb |
23
|
Nəsimi rayon Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb |
24
|
Nəsimi rayon Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb |
25
|
Nəsimi rayon Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb |
26
|
Nizami rayon 62 nömrəli məktəb-lisey |
27
|
Nizami rayon Eldar Quliyev adına 145 nömrəli tam orta məktəb |
28
|
Nizami rayon Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-lisey |
29
|
Nizami rayon Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəb |
30
|
Nizami rayon Namiq Həmzəyov adına 238 nömrəli tam orta məktəb |
31
|
Sabunçu Rayon 309 nömrəli tam orta məktəb |
32
|
Səbail Rayon 160 nömrəli Klassik gimnaziya |
33
|
Səbail rayon 189-190 nömrəli tam orta məktəb |
34
|
Səbail rayon M.Rahim adına 7 nömrəli tam orta məktəb |
35
|
Səbail rayonunu 329 nömrəli tam orta məktəb |
36
|
Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-lisey |
37
|
Suraxanı rayon 327 nömrəli tam orta məktəb |
38
|
Suraxanı rayon R.Ənnaağıyev adına 141 nömrəli tam orta məktəb |
39
|
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey |
40
|
Xətai Rayon 24 nömrəli tam orta məktəb |
41
|
Xətai Rayon 98 nömrəli tam orta məktəb |
42
|
Xətai rayon 245 nömrəli tam orta məktəb |
43
|
Xəzər rayon İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəb |
44
|
Yasamal rayon 158 nömrəli tam orta məktəb |
45
|
Yasamal Rayon A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisey |
46
|
Yasamal rayon C.Cabbarlı adına 161 nömrəli tam orta məktəb |
47
|
Yasamal rayon İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəb |
48
|
Yasamal rayon M.Müşfiq adına 18 nömrəli tam orta məktəb |
49
|
Yasamal rayon R.D.Nəzərov adına 60 nömrəli tam orta məktəb |
50
|
Yasamal rayon Şəfiqə Əfəndizadə adına 13 nömrəli tam orta məktəb |
51
|
Yasamal rayon Telman Abbasov adına 225 nömrəli tam orta məktəb |
S/s
|
Rayon
|
Təhsil müəssisəsinin adı |
1.
|
Ağdaş
|
Ağdaş şəhər Səməd Vurğun adına 1 nömrəli tam orta məktəb |
2.
|
Ağstafa
|
Ağstafa Şəhər texniki-humanitar təmayüllü lisey |
3.
|
Gəncə
|
Gəncə Şəhər 27 nömrəli Fizika-Riyaziyyat və informatika təmayüllü Lisey |
5.
|
İsmayıllı
|
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəb |
6.
|
Lənkəran
|
Lənkəran şəhər Ş.Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəb |
7.
|
Oğuz
|
Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli tam orta məktəb |
8.
|
Quba
|
Quba Şəhər Azad Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey |
9.
|
Şamaxı
|
Şamaxı Avropa liseyi |
10.
|
Şamaxı
|
Şamaxı şəhər 10 nömrəli orta məktəb |
11.
|
Şamaxı
|
Şamaxı şəhər E.Hüseynov adına 2 nömrəli tam orta məktəb |
12.
|
Şəmkir
|
Şəmkir şəhər N.Gəncəvi adına orta məktəb |
13.
|
Şirvan
|
Şirvan Şəhər B.Aslanov Adına 16 nömrəli tam orta məktəb |
14.
|
Şirvan
|
Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb |
15.
|
Şirvan
|
Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəb |
16.
|
Sumqayıt
|
Sumqayıt şəhər 8 nömrəli orta məktəb |
17.
|
Sumqayıt
|
Sumqayıt şəhər 11 nömrəli orta məktəb |
18.
|
Sumqayıt
|
Sumqayıt şəhər 16 nömrəli orta məktəb |
19.
|
Sumqayıt
|
Sumqayıt şəhər 28 nömrəli orta məktəb |
20.
|
Sumqayıt
|
Sumqayıt şəhər 36 nömrəli orta məktəb |
21.
|
Sumqayıt
|
Sumqayıt şəhər 38 nömrəli orta məktəb |
22.
|
Sumqayıt
|
Sumqayıt şəhər 39 nömrəli orta məktəb |
23.
|
Sumqayıt
|
Sumqayıt şəhər fars-ingilis təmayüllü orta internat-məktəbi |
24.
|
Sumqayıt
|
Sumqayıt şəhər Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta məktəb |
25.
|
Sumqayıt
|
Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli orta məktəb |
26.
|
Sumqayıt
|
Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli orta məktəb |
27.
|
Sumqayıt
|
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya |
28.
|
Sumqayıt
|
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb |
29.
|
Tovuz
|
Tovuz şəhər A.S.Puşkin adına orta məktəb |
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri