Apple iPhone satışlarından nə qədər qazanıb?

03-05-2017 / 16:34

Apple ilin 2-ci rüb maliyyə nəticələrini açıqlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət bu rüb 52,9 milyard dollar gəlir qazanıb.

Wall Street analitikləri Apple-ın 2-ci rüb maliyyə nəticələrində 53 milyard dollar qazanmasını gözləyirdi və Apple gözlənitləri doğruldub.

iPhone satışları üçün isə  51,4 milyon olaraq gözlənilən satış rəqəmi 50,8 milyonda qalıb.

Ötən ilə görə cihaz satış sayındakı 1 faizlik azalmaya baxmayaraq yeni modellərin qiyməti fərqi iPhone gəlirlərinin artmasına problem yaratmayıb.

Apple CEO-su Tim Cook  iPhone satışlarındakı bu azalmanı  Çində qarşılaşıqları böyük  rəqabət ilə əlaqələndirib.

Apple-ın bu rüb rəqəmlərində iPad satışları və gəlirləri də ürəkaçan deyil. Firma iPad satış rəqəmlərində ötən ilə görə 13 faiz , gəlirlər baxımından isə 12 faiz geriləyib.

Bunlara baxmayaraq, 2-ci rübdə Apple üçün sevindirici rəqəmlər da var.  Belə ki, Mac satışları keçən ilə görə  4 artaraq 4,2 milyona  çatıb. Bu da 2016-cı ilə görə 14 faiz gəlir artımını təmin edib.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə