Previous Next
Bağla

Azərbaycanlıların soyqırımından 100 il ötür

31-03-2018 12:11
Azərbaycanlıların soyqırımından 100 il ötür

Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Xeberler.az xatırladır ki, soyqırım hadisəsindən 100 il ötür.

Belə ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür

31-03-2017

Bu gün Azərbaycanlıların soyqırımı günüdür

31-03-2016

31 Mart Azərbaycanlıların Soyqırımı Gündür

31-03-2025

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31-03-2026

Prezident Kitabxanasının “Azərbaycanlıların soyqırımı və deportasiyası” adlı elektron resursu yenilənib

31-03-2011

Azərbaycanlı gənclər terror əleyhinə elektron aksiya keçirir!!!

31-03-2009

31 Martla bağlı virtual aksiya keçirildi

31-03-2011

Xocalı soyqırımından 28 il ötür

26-02-2020

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

26-02-2024

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir

28-05-2018

Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2016

​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2015

Prezident 2018-i “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

10-01-2018

Xocalı soyqırımından 31 il ötür

26-02-2023

Xocalı soyqırımından 29 il ötür

26-02-2021

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

20-09-2023

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2018

Xocalı soyqırımından 26 il ötür

26-02-2018

Genocide.az saytı yeniləndi

31-03-2011

Internet-dəki “Ermənilərdən üzr istəyirəm” kampaniyasına ermənilər də qarşı çıxıb

24-01-2009

Xocalı soyqırımının törədilməsindən 25 il ötür

26-02-2017

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017

AMB: “Azərbaycana kiberhücumların aktivliyi artıb”

21-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə