Previous Next
Bağla
REKLAM YERİ

Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2016 10:15
Azərbaycanda Respublika Günü qeyd olunur

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Xeberler.az xatırladır ki,  28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötür.

 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2015

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir

28-05-2018

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021

Prezident 2018-i “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

10-01-2018

Bu gün Müstəqilliyin Bərpası Günüdür

18-10-2022

28 May müstəqillik günüdür

28-05-2025

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2018

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26-06-2017

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26-06-2016

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

26-06-2015

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019

ADR – 100 adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

26-12-2019

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18-10-2021

12 Noyabr - Konstitusiya Günüdür

12-11-2025

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2024

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il ötür

26-06-2019

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31-01-2017

Bu gün Azərbaycanlıların soyqırımı günüdür

31-03-2016

Azərbaycanlıların soyqırımından 100 il ötür

31-03-2018

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2015

Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18-10-2017

BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

07-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə