Previous Next
Bağla

Xocalı soyqırımından 28 il ötür

26-02-2020 08:47
Xocalı soyqırımından 28 il ötür

1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı görünməmiş vəhşilik törədildi. Xocalı soyqırımı kimi tarixə düşən bu qanlı faciədə minlərlə azərbaycanlı kütləvi şəkildə öldürüldü və ya əsir götürüldü. Şəhər isə təmamilə məhv edildi. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən və münaqişəyə qədər 23 min 757 nəfər əhalisi olan və ümumi ərazisi 0,94 kvadrat kilometrə çatan bir şəhəri - Xocalını istila etdilər.

Dəhşətli gecə başlamazdan əvvəl şəhərdə qalan təxminən 2500 nəfərlik xocalı sakini hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın ərazilərə gedən yolu tapmaq ümidiylə öz evlərini tərk etməyə başladılar və bu da uğursuzluqla nəticələndi. İşğalçılar Xocalını dağıtdılar və xüsusi qəddarlıqla dinc əhaliyə qarşı soyqırım törətdilər. Erməni silahlı qüvvələri və xarici hərbi bölmələr Xocalıdan və ətraf ərazilərdən qaçıb gedə bilməyən insanların heç birini sağ qoymadılar.

Nəticədə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1 275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bugünədək naməlum qalıb. Faciə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 uşağın hələ heç yaşı tamam olmamışdı. 6 ailə tamamilə məhv edildi, 26 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir. Erməni rəsmiləri münaqişə zamanı Xocalı əhalisinə qarşı törətdikləri cinayətləri və faktları saxtalaşdırmaqla nəinki reallıqdan tamamilə uzaq olan, həm də sadə məntiqə sığmayan şərhlər verməklə hələ də öz iştiraklarını inkar edirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

26-02-2024

Xocalı soyqırımından 31 il ötür

26-02-2023

Xocalı soyqırımından 26 il ötür

26-02-2018

Xocalı soyqırımından 29 il ötür

26-02-2021

Xocalı soyqırımının törədilməsindən 25 il ötür

26-02-2017

Xocalı soyqırımından 34 il ötür

26-02-2026

Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 il ötür

26-02-2019

Xocalı soyqırımının törədilməsindən 24 il ötür

26-02-2016

Xocalı soyqırımının 33 il dönümüdür

26-02-2025

Xocalı soyqırımından 30 il ötür

26-02-2022

Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən tədbir keçirilib

26-02-2015

Xocalı faciəsinə həsr olunmuş saytın təqdimatı keçirilib

24-02-2009

Rabitəçi xocalılılarla görüş keçirilib

26-02-2016

Azərbaycanlı haker 1000-ə yaxın saytı dağıtdı

24-02-2011

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2026

Prezident İlham Əliyev Xocalı soyqırımı ilə əlaqədar yürüşdə iştirak edib

26-02-2019

“Xocalı soyqırımı rabitəçilərin yaddaşında” adlı kitab işıq üzü görüb

26-02-2009

«GLUT» E-MAİL HÜCUMLARA BAŞLADI

12-02-2009

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2025

RİNN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26-02-2025

Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür

31-03-2017

RİNN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26-02-2026

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

15-12-2010

Azərbaycanlıların soyqırımından 100 il ötür

31-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə