Previous Next
Bağla

330 IMEI koduna “klon” statusu verilib

27-10-2022 14:41
330 IMEI koduna “klon” statusu verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarının qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

Xeberler.az bildirir ki, bununla bağlı “AzInTelecom” MMC-nin Mobil cihazların qeydiyyatı şöbəsi mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Nəticədə, surətinin köçürüldüyü aşkarlanan IMEI koduna “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində bu günədək 330 IMEI koduna “klon” statusu verilib. Həmin IMEI kodları son üç ayda 153464 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.

Hazırda surətinin köçürülməsi şübhəsi olan IMEI kodları ilə bağlı monitorinq davam etdirilir. Son üç ay ərzində 50 mindən çox mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünən bir neçə IMEI kodu ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman da cihazın satış qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır.

Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.

Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar. Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb” mesajı təqdim ediləcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün “Azərpoçt” MMC-nin şöbələrinə müraciət etmək tövsiyə olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

1230 IMEI koda “klon” statusu verilib

25-01-2023

11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

03-08-2023

Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

11-07-2023

Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

19-09-2023

2100-dən çox IMEI koda “klon” statusu verilib

29-03-2023

Bu günədək şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

25-05-2023

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024

Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq

22-11-2022

Telefonların qeydiyyat rüsumu ilə bağlı dəyişikliyin icrasına başlanıb

04-12-2023

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015

Portal üzərindən 48 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

12-10-2015

“AzInTelecom” 65 minə yaxın IMEI koda “klon” statusu verib

11-03-2026

IMEI kodların klonlaşdırılması ilə bağlı mübarizə aparılır

29-10-2019

Azərbaycanda telefon qaçaqmalçılığına qarşı önəmli addım

13-05-2009

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022

IMEI kodunun yoxlanılması ən populyar xidmət olub

04-08-2015

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022

Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014

Mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb

17-01-2022

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə