Previous Next
Bağla

Azərbaycanın süni intellekt layihəsi gələn il Davos forumunda təqdim olunacaq

30-05-2025 12:05
Azərbaycanın süni intellekt layihəsi gələn il Davos forumunda təqdim olunacaq

Azərbaycanın süni intellektin enerji sektorunda tətbiqi ilə bağlı təcrübəsi gələn il İsveçrənin Davos şəhərində təqdim olunacaq.

Xeberler.az məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

"Hazırda süni intellektin enerji sektorunda tətbiqi ilə bağlı bir pilot layihə üzərində çalışırıq. Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, süni intellekti tətbiq etməklə enerji sərfiyyatını necə azaltmaq olar. Bunun üçün yerli tərəfdaşlarımız var. Bir neçə şirkət, eyni zamanda supermarket zənciri ilə birgə çalışırıq ki, dünyada olan bu müsbət təcrübəni Azərbaycana gətirək və Azərbaycanda yaranacaq bu müsbət təcrübəni də gələn ilin 2026-cı ilin yanvar ayında Davos iqtisadi forumu çərçivəsində beynəlxalq ictimaiyyətə açıqlayaq",- deyə o qeyd edib.

F.Cəfərov deyib ki, 4SİM paralel olaraq Çağrı Mərkəzində Süni İntellektin tətbiqi layihəsi üzərində işləyir: "Süni İntellektin tətbiqi ilə vətəndaşlardan gələn zənglərin təhlili, onların suallarının nə ilə bağlı olması, qanunvericilikdə buna uyğun cavabların hazırlanması, eyni zamanda əməkdaşlarımızın performansının, danışığının və eyni zamanda təlim ehtiyaclarının və s. süni intellekt vasitəsilə müəyyənləşdirilməsi üzərində bir layihəmiz gedir. Paralel olaraq vətəndaşlarımıza çatbot üzərindən onların verdikləri suallara uyğun sürətli cavab tapması istiqamətində bir layihəmiz də var".

İqtisadiyyat Nazirliyinin ölkənin ilk super kompüterini əldə etdiyini xatırladan sədr onun vacibliyini vurğulayıb: "Superkompüter ona görə vacibdir ki, böyük həcmli dataların proses olunması, təhlil olunması, işlənməsi üçün böyük texnoloji baza lazımdır və belə bir baza artıq yaradılıb. Dünən biz həm dövlət qurumları, həm özəl təşkilatlar, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirdik. Bu platformadan, bu infrastrukturdan onlar necə istifadə edə bilər, hansı cür imkanlar yarada bilərik və Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində hansı süni intellekt imkanları yaradıla bilər, bu istiqamətdə müzakirə apardıq. Çoxlu təkliflər, rəylər əldə etmişik və qarşıdan gələn günlərdə bu istiqamətdə də müəyyən açıqlamalarımız olacaq".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025

Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır

15-03-2025

İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

05-03-2025

Fariz Cəfərov: Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

15-03-2025

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

11-04-2025

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

Süni intellekt əsaslı təşəbbüs şəhər enerjisinin idarə edilməsini yaxşılaşdıracaq

22-01-2025

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020

Fariz Cəfərov: “4SIM Azerbaijan” süni intellektin böyük dil modellərinin tətbiqi üzərində işləyir

10-09-2024

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

İlin sonuna qədər Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

21-09-2023

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

4SİM: Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaradılacaq

23-09-2025

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

4SİM: Azərbaycan rəqəmsal transformasiya layihələrini uğurla icra edir

07-05-2026

Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

03-10-2024

Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

17-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə