Previous Next
Bağla

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025 14:13
4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

Davosda Dünya İqtisadi Forumunda (DİF) iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzinin (Centre for Energy and Materials) Enerji Keçidi və Regional Akselerasiya üzrə rəhbəri Espen Mehlum ilə görüşüb.

Xeberler.az məlumat verir ki, görüşdə Forum ilə birgə həyata keçirilən "Enerjidə süni intellekt həlləri" və icrası nəzərdə tutulan "Transitioning Industrial Clusters” (Keçid edən sənaye klasterləri) təşəbbüsü haqqında müzakirələr aparılıb. Sözügedən təşəbbüs 4 qitəni və 11 ölkəni əhatə edən 25-dən çox sənaye klasterini birləşdirir.

4SİM-in icraçı direktoru “C3 AI” və “McKinsey & Company” şirkətlərinin təşkil etdiyi “Müəssisələr üçün generativ süni intellekt” adlı dialoqa da qatılıb.

Tədbirdə “C3 Aİ” şirkətinin Baş texniki direktoru Nikhil Krishnan və “McKinsey” şirkətinin Rəqəmsallaşma və Sİ Transformasiyası üzrə qlobal lideri və baş tərəfdaşı Rodney Zemmel iştirak ediblər. Fariz Cəfərov Rodney Zemmel ilə görüşdə Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiya sənədi və “McKinsey” şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Dialoq iştirakçıları generativ süni intellektin müəssisələri necə dəyişdirdiyi, məhsuldarlığı, innovasiyanı və qərar qəbulunu necə yenidən formalaşdırdığı barədə fikir mübadiləsi aparıblar. Sessiya zamanı generativ süni intellektin avtomatlaşdırılmış məzmun yaradılmasından tutmuş mühüm qərar qəbulunda dəstəyə qədər dünyada real istifadə halları müzakirə olunub, süni intellektin bizneslərə gətirdiyi strateji üstünlüklər vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb

29-05-2024

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

4SİM GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

11-06-2025

Fariz Cəfərova yüksək vəzifə verildi

03-06-2023

4SİM-in icraçı direktoru “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

20-10-2025

Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

17-11-2024

Kolumbiyanın 4Sİ Medellín Mərkəzi ilə onlayn görüş keçirilib

24-07-2025

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025

Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

11-04-2025

DİF: “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir”

30-01-2025

4SİM: Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaradılacaq

23-09-2025

Süni intellekt əsaslı təşəbbüs şəhər enerjisinin idarə edilməsini yaxşılaşdıracaq

22-01-2025

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə