5 milyon dollarlıq iPhone

05-11-2010 / 12:46

Satışa dünyanın ən bahalı mobil telefonu çıxarılıb. Brilyantlarla bəzədilmiş iPhone 4 telefonu ilə çətin ki, hər hansı telefon müqayisə edilsin. Bu telefon Avstraliyadan olan iş adamlarından birinin sifarişilə hazırlanıb və qranit qutuda yerləşdirilib. İnternovosti.ru xəbər verir ki, bu eksklüziv iPhone-nun qiyməti hazırda 5 milyon funt sterlinqdir.

Telefon üzərində tam şəkildə cilalanmış 500-yə yaxın almaz var. Qiymətin ən çox hissəsi isə telefon üzərindəki 2 böyük almazla bağlıdır. Onlardan biri telefonu söndürüb yandırma düyməsidir. Həmçinin, bu telefon üzərinə 7,4 karatlıq çəhrayı brilyant da vurulub və komplektdə dəyişik üçün 8 karatlıq brilyant da verilir. Telefonun arxa qapağı çəhrayı qızılla örtülüb. Onun qutusu isə 7 kiloqramlıq bütöv qranit daşdan hazırlanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə