Pepsi-nin telefonu satışa çıxarıldı

20-11-2015 / 17:13

Məlumat verdiyimiz kimi, bir müddət  əvvəl Kola markası olan Pepsinin telefon işinə başlayacağı bildirmişdi.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq Pepsi-nin ağıllı telefonu satışa çıxarılıb. 

Belə ki, Pepsi Phone P1 adlanan telefon  Çinli şirkət olan Shenzhen Scooby Communication Equipment tərəfindən  istehsal edilib. 

 Pepsi-nin bu  telefonu dizaynı Çin markalarına bənzəyir.

Qeyd edək ki, ağıllı telefon 5,5 düymlük Full HD ekrana, 1.7GHz sürətinə və 16 GB yaddaşa sahibdir. Telefonda 13 meqapiksel arxa və 5 meqapiksel ön kameraya sahib cihazda 3000 mAh batareya mövcuddur.

Hazırda bu telefon Çin onlayn satış mağazalarında  100 AZN-ə satışa çıxarılıb.

Sevinc Əsədova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.