iPhone SE təqdim olundu- Qiyməti açıqlandı

21-03-2016 / 22:18

Məlumat verdiyimiz kimi, bu gün Apple yeni məhsullarını canlı olaraq təqdim etdi. 

Xeberler.az-ın məlumatına görə, Apple yeni telefon modeli olan iPhone SE-ni bu gün tədbirdə təqdim edib. 4 düymlük ekrana sahib iPhone SE öz ölçüsündə ən güclü ağıllı telefon olaraq təqdim edilir.

Telefonun karema xüsusiyyətləri isə daha çox diqqət çəkir.  Cihaz Retina ön kamera flaşına, səsli Siri əmrlərinə, Apple Pay dəstəyinə, 4K video çəkmə xüsusiyyətinə, 12 meqapiksel arxa kameraya sahibdir və daha uzun ömürlü batareya ilə təchiz olunub.

Telefonu iPhone 5S modelindən fərqləndirən daha bir cəhət isə 4 rəngdə təqdim olunmasıdır. Yeni əlavə olunan rəng isə "Rose Gold"( çəhrayı qızılı) rəngdir.

iPhone SE martın 31-dən satışda olacaq.iPhone SE-nin qiyməti isə belə dəyişir:  16GB-lıq model 399 dollar, 64GB-lıq model 499 dollar, 128GB-lıq model 599 dollar.

Qeyd edək ki, ayın sonunda yeni telefon modeli 110 ölkəyə təqdim ediləcək.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə