Previous Next
Bağla

6 yaşlı APA

16-11-2010 23:20
6 yaşlı APA
Azəri-Press Agentliyinin (APA) fəaliyyətə başladığı gündən 6 il ötür. Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər yaymağa başlayıb, daha sonra fransız və ərəb dillərində də yayıma başlayıb.
 
Hazırda APA beş dildə “on-line” xəbər xidməti göstərir.
 
Bütün həftə boyu beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə iqtisadi və siyasi analitika bülletenləri hazırlayıb, yayan APA-nın əsas prinsipləri operativlik, dəqiqlik və tərəfsizlikdir. APA-nın ölkənin xəbər məkanında lider olduğu artıq hər kəs tərəfindən qəbul olunan faktdır.
 
APA yarandığı vaxtdan çox ilkə imza atıb. Cənubi Qafqazda ilk dəfə videogörüntülü xəbəri APA yayıb, ölkədə ilk dəfə “APA-SPORT” idman agentliyi yaradıb. Bundan başqa, agentliyin “APA-ECONOMICS” və “APA-Photo” bölmələri fəaliyyət göstərir. APA-nın saytında kredit kart sistemi tətbiq olunub. Agentlik gün ərzində ümumilikdə 400-450 xəbər yayır.
 
Agentliyin bütün ölkəni əhatə edən büroları, dünya siyasətinə təsir edən dövlətlərdə və Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrdə təmsilçilikləri fəaliyyət göstərir. APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir.
 
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar, beynəlxalq təşkilatların nümayəndəlikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki təmsilçilikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları var. Ümumilikdə Azərbaycanda və xaricdə nəşr olunan və yayımlanan 150-dən çox KİV APA-nın abunəçisidir.
 
Qeyd edək ki, APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

APA və mail.ru şirkətləri əməkdaşlıq haqqında müqavilə imzaladılar

04-11-2010

“APA Group”a daxil olan saytların yeni nəsil cihazlar üçün mobil versiyası hazırlanıb

24-01-2011

APA-ya qarşı təxribata yol verilib

16-05-2022

Azərbaycanın regionlarında seçki məntəqələrində veb-kameralar quraşdırılıb

18-03-2009

“ATV İnternational” oktyabrın 5-də efirə çıxacaq

03-10-2009

“Dünya azərbaycanlıların portalı” bu ilin sonunadək yaradılacaq

31-03-2009

“Trend”in 15 yaşı tamam oldu

04-10-2010

APA “İlin informasiya portalı” seçilib

19-02-2009

Kino Agentliyinin saytı təsis edilib

18-07-2023

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28-02-2009

Azərbaycanda 10 ildən sonra İKT sektorunun gəlirləri neft gəlirlərinin səviyyəsinə çatacaq

24-12-2008

MTRŞ-nın iclası təxirə salınıb

05-01-2009

Şəmkir Telekommunikasiya Qovşağı üçün yeni avadanlığın alınmasına dair tenden keçirilir

25-02-2009

Elektron ticarət əməliyyatlarının həcmi 20 mlrd. manatdan çox artıb

29-02-2024

DATA Mərkəz gələn ay fəaliyyətə başlayacaq

20-05-2009

Naxçıvanda “IKT və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib

16-12-2008

“Xarici radiostansiyaların Azərbaycanda yayımı hüquqi müstəvidə həll olunmalıdır”

22-11-2008

“deputat.az” portalı fəaliyyətə başladı

28-08-2010

Xarici radiostansiyaların yayımı məsələsinə yenidən baxıla bilər

03-06-2009

Naxçıvanın orta məktəblərində elektron lövhələr quraşdırılır

30-03-2009

Neftçalada yeni elektron ATS istifadəyə verilib

30-12-2008

Azərbaycanda erməni dilində də verilişlər yayımlanacaq!!!

02-03-2009

Amaşov “APA” və “Turan” informasiya agentlikləri arasındakı gərginliyə münasibət bildirib

19-06-2009

“Azərbaycanda internet tariflərinin kəskin ucuzlaşdırılması ilə bağlı iş aparılır”

04-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə