Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədlinin “A-dan Z-yə qədər telexəbər” kitabının təqdimat mərasimi keçirilib.
322 səhifəlik kitab telexəbərçiliyin müxtəlif aspektləri barədə bligi verir, əsasən jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulub.
Mayın 4-də keçirilən təqdimat mərasimində tanınmış teleaparıcı Qulu Məhərrəmli “Yeni Nəsil” Jurnalistlər Birliyinin dərc etdiyi bu kitabı “ehtiyac duyulan və çox dəyərli dərs vəsaiti” kimi dəyərləndirib. Müasir telejurnalistikada çoxsaylı suallar olduğunu deyən Q.Məhərrəmli Z.Məmmədlinin bu sualların çoxuna cavab verə bildiyini söyləyib. O, telexəbər hazırlayan reportyorun ilk andan özünü necə aparmasından xəbərin tamaşaçıya çatdırılması mərhələsinə qədər bir çox incəliyin kitabda əksini tapdığını qeyd edib. Telekanalların çoxaldığını və peşəkarlıqla bağlı çoxsaylı problemlər yarandığını deyən Q.Məhərrəmli “telejurnalistikada biz indiyə kimi xarici təcrübəni öyrənib tətbiq edirdik, indi öz təcrübəmizi tətbiq etmək vaxtıdır” deyib. O, hazırda Z.Məmmədlinin “Telejurnalistikanın əsasları” adlı kitab üzərində işlədiyini də söyləyib.
Müəllif Z.Məmmədli isə qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi həm peşəkar jurnalist, həm də şəxsiyyət olmağı bacaran reportyorlar yetişdirilməsinə yardımçı olmaqdır. Kitabda xəbərin hazırlanması modullarını verdiyini deyən Z.Məmmədli reportyorlara “dörd doğru”nu (doğru zaman, doğru məkan, doğru xəbər, doğru adam) öyrətmək istədiyini açıqlayıb. //Turan
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri