Previous Next
Bağla

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün sistem təqdim olunub

01-10-2026 12:05
Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün sistem təqdim olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Texniki Universitetinin (AzTU) doktorantı Fuad Hüseynlinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi çərçivəsində alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə keçirilib. Dissertasiya işi üzrə elmi rəhbər institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılovadır.

Xeberler.az məlumat verir ki, “Bankın insan resurslarının idarə olunması qərarlarının intellektual dəstəklənməsi metodlarının işlənməsi” mövzusunda dissertasiya işini təqdim edən Fuad Hüseynli tədqiqatın aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər və əldə olunan mühüm nəticələr haqqında ətraflı məlumat verib.

Məruzəçi bildirib ki, bank sektorunda insan resurslarının idarə olunması (İRİO) qərarlarının qəbulu üçün ənənəvi metodlar məlumatların analitikası baxımından obyektivliyi və çevikliyi tam təmin edə bilmir, süni intellekt metodlarının tətbiqi ilə bu istiqamətdə tədqiqatların aparılmasını aktuallaşdırır. Bu baxımdan bankda İRİO məsələlərinin həllində intellektual texnologiyalara əsaslanmaqla qəbul olunan qərarların operativliyini, şəffaflığını və elmi əsaslandırılmış olmasını təmin etməyə yönəlmiş metodların işlənilməsinin zəruriliyi əsaslandırılıb.

Tədqiqatda İRİO məsələlərinin qeyri-müəyyən mühitdə formalaşan çoxmeyarlı məsələ kimi ümumiləşdirilmiş modeli təklif edilib, meyarların həm kəmiyyət, həm də keyfiyyət xarakterliyini, bir-birinə nəzərən müxtəlif vacibliyə malik olmasını, ekspert qiymətləndirmələrinin linqvistik xarakterliyini və s. nəzərə almağa imkan verən qeyri-səlis riyazi aparata istinad edən çoxmeyarlı qərar qəbuletmə metodları işlənilib.

Doktorant Fuad Hüseynli dissertasiya işi çərçivəsində əldə olunmuş elmi və praktiki nəticələri təqdim edərək bildirib ki, tədqiqatda bankın İRİO-da qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi məqsədilə intellektual dəstək tələb edən məsələləri xarakterizə edən kriteriyalar (və alt kriteriyalar) sistemi işlənilib. Kriteriyaların vaciblik əmsallarını, qərar qəbulu prosesində iştirak edən ekspertlərin kompetentliyini nəzərə almağa imkan verən qeyri-səlis çoxkriteriyalı metodlar təklif edilmiş, onlar əsasında bankda qərarların qəbulunun obyektivliyini və operativliyini təmin edə bilən intellektual dəstək sistemi işlənilib.

Dissertasiya işinə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinə dair tövsiyələrini diqqətə çatdırıb. Akademik Rasim Əliquliyev təqdim olunan işin İnformasiya Texnologiyaları İnstitutu ilə AzTU arasında imzalanmış memorandum çərçivəsində reallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, iki müəssisə arasında qurulan əməkdaşlıq çərçivəsində institutun mütəxəssisləri AzTU-nun doktorantlarına elmi rəhbərlik edir, universitetin gənc tədqiqatçıları isə institutda yaradılan elmi mühitindən səmərəli istifadə etmək imkanı əldə edirlər.

Alim dissertasiya işində əldə olunmuş elmi nəticələrin ümumilikdə ölkənin bank sistemində tətbiqi imkanlarının araşdırılmasının önəminə toxunub, dissertasiya işində qeyri-səlis məntiq və intellektual idarəetmə modellərinə istinad etməklə təklif edilən metodların süni intellekt texnologiyalarının inkişafı və tətbiqi istiqamətində əhəmiyyətini vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025
Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025
Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025
Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023
Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024
E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024
İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

12-12-2024
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024
Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019
İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025
Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024
İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə  edilib

İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə edilib

21-12-2020
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

16-12-2024
Ölkəmizdə insanı əl damarlarının izləri ilə  tanıyan  texnologiya təqdim edildi

Ölkəmizdə insanı əl damarlarının izləri ilə tanıyan texnologiya təqdim edildi

28-12-2015
Nazirin elmi rəhbər olduğu dissertasiya işi AAK tərəfindən təsdiq edilib

Nazirin elmi rəhbər olduğu dissertasiya işi AAK tərəfindən təsdiq edilib

02-07-2015
Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə