“ABAD” publik hüquqi şəxs və Azexport.az portalının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron ticarət platformalarında beynəlxalq alıcılara təqdim olunub.
Xeberler.az bildirirki, layihənin başlıca məqsədi “ABAD” üzvləri olan fərdi şəxslər tərəfindən ərsəyə gətirilən məhsulların ixrac potensialının artırılması, həmçinin, Azərbaycanın xalq sənətkarlığı nümünələrinin beynəlxalq rəqəmsal mühitdə təbliğinə əlavə dəstək göstərməkdir.
Hazırda “Amazon” və “eBay” platformalarında satışlar əsasən “B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki, qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən məhsullar portallara inteqrasiya olunub. Nümayiş etdirilən məhsul sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədi ilə fəaliyyət göstərir. “ABAD”ın dəstək proqramına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, satışın təşkili və s. kimi xidmətlər daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri