Bütün müştəri seqmentlərinin universal bankı olan ABB gənc müştəriləri üçün də qazandıran imkan yaradıb. Bank “FaydaMania” loyallıq proqramını gənclərin istifadəsinə verib.
ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə “FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər hədiyyələr daxildir.
Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile tətbiqinin "Sənə özəl" bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək; "Bütün təkliflərin" bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda aktiv olan bütün hədəflərə çata bilər.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri