Previous Next
Bağla

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

26-09-2024 14:59
ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı”  müsabiqəsi başlanır

EY Azərbaycan şirkəti ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 6-cı dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər.

“EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2024-cü ilədək təqdim edə bilərlər.

Milli müsabiqənin qalibi 2025-ci ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq.

“EY İlin İş adamı” müsabiqəsi Azərbaycanda artıq 6-cı ildir ki, keçirilir və ABB 6-cı ildir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır. Son 5 il ərzində müsabiqədə iştirak etmiş 60 sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı əldə edib. Müsabiqəyə buradan müraciət etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

17-10-2025

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçilib

21-02-2025

ABB-nin dəstəyi ilə keçirilən “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçilib

17-02-2026

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

21-05-2025

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd edib

28-04-2025

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024

ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət!

28-08-2024

ABB-nin komandası dövlət qurumları və şirkətlər arasında birinci oldu!

24-12-2024

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

14-07-2025

ABB mobile tətbiqində istifadəçilərə yeni funksiya təqdim olunub

20-11-2024

ABB-nin dəstəyi ilə uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü olub

02-05-2025

Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

30-10-2024

ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində yarışacaq sahibkarlar məlum olub

15-01-2026

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb

01-07-2025

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

17-04-2026

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

16-12-2024

ABB-nin dəstəyi ilə “Karyera Həftəsi” başlayıb

17-04-2025

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

11-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə