Previous Next
Bağla

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

17-10-2025 13:46
ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı”  müsabiqəsi başlanır

EY Azərbaycan şirkəti ABB-nin dəstəyi ilə ölkəmizdə 7-ci dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər.

“EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 30 dekabr 2025-cü ilədək təqdim edə bilərlər.

Milli müsabiqənin qalibi 2026-cı ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.

Qalib, 2026-cı ilin mayında Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB 7-ci dəfədir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır.

Son illər ərzində müsabiqədə iştirak etmiş 70-dən çox sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı qazanıb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB sahibkarlığa, innovasiyalara, liderlik ruhuna davamlı dəstək verir. “EY İlin İş Adamı” proqramında ardıcıl olaraq yeddinci dəfə baş sponsor kimi iştirakımız da buna nümunədir. Bu müsabiqə biznes liderlərini öz uğur hekayələri ilə cəmiyyətimizə tanıdır, yeni nəsil sahibkarları ilhamlandırır. Belə faydalı təşəbbüslərlə ölkəmizin biznes ekosisteminə töhfələr verməkdən məmnunuq”.

Müsabiqəyə buradan müraciət etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

26-09-2024

ABB-nin dəstəyi ilə keçirilən “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçilib

17-02-2026

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçilib

21-02-2025

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd edib

28-04-2025

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

21-05-2025

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi

27-04-2026

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

16-12-2024

ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət!

28-08-2024

ABB-də nağd kreditə 6 faizədək endirim

18-12-2025

ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

08-05-2025

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

11-12-2025

ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

17-11-2025

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025

ABB sərfəli depozit kampaniyasına başladı!

23-11-2024

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

29-01-2026

ABB yeni korporativ saytını təqdim edib

19-11-2025

ABB-nin komandası dövlət qurumları və şirkətlər arasında birinci oldu!

24-12-2024

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

17-04-2026

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə