ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib.
Xeberler.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatları əhatə edib. Təkcə 2025-2026-cı tədris ilində ştatda 5,7 milyondan çox məktəbli olub.
Müəyyən edilib ki, cinayətkar təhsil testlərinin keçirilməsi ilə məşğul olan "Educational Testing Service" (ETS) qeyri-kommersiya təşkilatının sisteminə çıxış əldə edib və 2026-cı il mayın 22-dən sentyabrın 18-dək olan məlumatları kopyalayıb.
Təhlükəsizlik pozuntusu sentyabrın 25-də aşkar edilib. Hazırda təşkilat zərərçəkmiş şagirdləri və onların ailələrini məlumatlandırır.
Nazirlikdən vurğulayıblar ki, oğurlanmış məlumatların yayımlanmasına dair hələ ki heç bir sübut aşkar edilməyib.
ETS-dən informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirildiyi bildirilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları