Previous Next
Bağla

ABŞ Dövlət Departamenti Azərbaycanı demokratiyaya onlayn səsverməyə dəvət edir

22-05-2009 16:01
 ABŞ Dövlət Departamenti Azərbaycanı demokratiyaya onlayn səsverməyə dəvət edir

ABŞ Səfirliyi və ABŞ Dövlət Departamenti bütün dünya üzrə onlayn dostları ilə yanaşı Azərbaycanı da səsvermədə iştirak etməyə dəvət edir.

Dövlər Departamenti və onun tərəfdaşları mayın 15-də iştirakçılardan “Demokratiya - ...dir” ifadəsinin tamamlanmasını tələb edən və onlayn rejimində keçirilən Demokratiya Video Müsabiqəsinin on səkkiz nəfər finalçısının adlarını elan edib. ABŞ səfirliyindən verilən məlumata görə, altı qalibin seçilməsi üçün ictimai səsvermə artıq başlanılmışdır www.youtube.com/democracychallenge ünvanında səsvermə iyunun 15-i, gecə yarısınadək (şərqi qurşaq vaxtı) davam edəcək.

Dünyanın 95 ölkəsindən müraciət etmiş 900 iştirakçı arasından  seçilən finalçılar Braziliya (2), Kot d’İvuar, Almaniya, Hindistan, İran (2), Yaponiya, Nepal, Filippin, Polşa, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda, Birləşmiş Ştatlar, Özbəkistan və Zambiya kimi dövlətləri təmsil edirlər.

Bu video kliplər bütün dünya üzrə demokratiyanın təsviri və onunla bağlı fikirlərin məcmusunu nümayiş etdirir. Finalçılar Maykl Apted (Amerika Rejissorlar İttifaqının Prezidenti) ilə Hernando de Sotonun (Azadlıq və Demokratiya İnstitutunun Prezidenti) sədrlik etdikləri müstəqil münsiflər heyəti tərəfindən seçilib.

Qərb yarımkürəsi, Avropa, Orta Şərq/Şimali Afrika, Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri, Cənubi və Mərkəzi Asiya və Şərqi Asiya/Sakit Okean regionundan olan altı qalib 2009-cu il iyun ayının ortasında elan olunacaq. Qaliblər sentyabr ayında Vaşınqton, Nyu-York və Hollivuda tam ödənilmiş səyahət mükafatını alacaqlar. Mükafat paketinə həmçinin televiziya/kino çəkilişləri, televiziya peşəkarları, demokratiya tərəfdarları, media nümayəndələri, dövlət xadimləri ilə görüşlər, eləcə də xüsusi olaraq qalib gəlmiş kliplərin nümayiş etdirilməsi da daxildir.

Demokratiya Video Müsabiqəsi BMT-nin Beynəlxalq Demokratiya Günündə (15 sentyabr 2008-ci il) onlayn rejimində başlanmışdır. Bu müsabiqə misilsiz olaraq demokratiya və gənclər təşkilatları, kino və əyləncə sənayesi, akademiyası və ABŞ Hökumətinin əməkdaşlığı sayəsində təşkil edilmişdir. Partnyorlar arasında Beynəlxalq Fərdi Sahibkarlıq Mərkəzi, Amerika Rejissorlar İttifaqı, Beynəlxalq Respublikaçılar İnstitutu, Beynəlxalq Gənclər Təşkilatı, Amerika Kino Assosiasiyası, NBC Universal təşkilatı, Milli Demokratiya İnstitutu, Nyu-York Universiteti nəzdində Tiş İncəsənət Məktəbi, TakingİtGlobal təşkilatı, Cənubi Kaliforniya Universiteti nəzdində Kino Məktəbi və ABŞ Dövlət Departamentidir. YouTube video platformasını (hostinq xidmətləri) təqdim edir, Vilyam Morris Agentliyi isə mükafat paketinin hazırlanmasında iştirak edir.

Əlavə məlumat üçün Amerika Birləşmiş Ştatları Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Blogerlərin həbsinə qarşı etiraz aksiyası keçiriləcək

20-08-2009

E-demokratiya və e-dövlət üzrə VII beynəlxalq konfrans keçiriləcək

02-10-2019

Analitik Araşdırmalar İctimai Birliyi BRİDGE Modulları texnologiyasını təqdim edib

18-08-2009

Dünyanın ən yaxşı İT universitetləri

26-03-2009

Qafqaz Media İdarəçiliyi Məktəbi tələbələr üçün sənəd qəbulu elan edib

26-08-2009

ABŞ Ərəb ölkələrinə yarımkeçiricilərin satışını təsdiqləyib

20-11-2025

Avropa Komissiyası "Demokratiya qalxanı" təşəbbüsünü təqdim edib

12-11-2025

Azərbaycanda “Elektron idarəetmə” ilə bağlı təqdimat keçirilib

19-04-2013

Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib

20-11-2013

“E-qəbul sistemləri və digər e-hökumət alətləri” mövzusunda seminar təşkil ediləcək

27-02-2013

Avropa İttifaqı Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün İKT müsabiqəsi keçirir

19-07-2010

Şərqi Afrikaya optik lif rabitə xətləri çəkiləcək

20-08-2008

Jurnalistlər üçün 4 nəfərlik beynəlxalq magistr proqramı həyata keçirilir

15-07-2009

Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı keçirilib

25-11-2019

“İlin ən yaxşı PR xidməti” müsabiqəsi yekunlaşdı!!!

16-03-2009

Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

07-04-2009

ABŞ Şimali Koreyanın sanksiyalardan yayınmasına dair hesabat təqdim edib

13-01-2026

YouTubenin kino nümayişi lahiyəsinə ilk şərik

13-11-2008

Dövlət qulluqçuları xarici “Elektron hökumət” təcrübəsi ilə tanış olub

25-11-2015

Amerika ordusunun YouTube`u

12-11-2008

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025

Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradıldı

21-12-2010

Nyu-Yorkda fotonika mərkəzi yaradılacaq

28-07-2015

“Xarici radiostansiyaların Azərbaycanda yayımı hüquqi müstəvidə həll olunmalıdır”

22-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə