Previous Next
Bağla

Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb

26-09-2022 13:37
Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb
19-25 sentyabr tarixdə İnformatika üzrə Avropa Gənclər Olimpiadası ( European Junior Olympiad in Informatics, eJOI ) keçirilib.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Kiyev şəhərində keçirilən yarışlarda 32 ölkəni təmsil edən komandalarda 170-dən çox gənc iştirak edib. Olimpiadada ölkəmizi 8 məktəbli təmsil edib.
Olimpiada çərçivəsində iştirakçılar informatika sahəsində biliklərini nümayiş etdirib.
Yarışın nəticələrinə görə, 9 iştirakçı qızıl, 28 iştirakçı gümüş və 49 iştirakçı bürünc medala layiq görülüb. Bu Olimpiadada Azərbaycandan yalnız bir məktəblimiz uğur qazanıb. Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev olimpiadanın gümüş medalına layiq görülüb. Digər iştirakçılarımız bu olimpiadada çox zəif nəticə göstəriblər.
Xatırladıram ki, Fuad Qarayev ötən ay Balkanlarda keçirilən oxşar olimpiadada qızıl medal qazanmışdı.
Yeri gəlmişkən, ilk dəfə keçirilən eJOİ2017 Olimpiadasında bürünc medal alan həmyerlimiz Abutalıb Namazov da hazırda MİT-də kompüter elmləri üzrə təhsil alır.
Builki İnformatika üzrə Avropa Gənclər Olimpiadasında bəzi ölkələrin nəticələri belə olub :
Gürcüstan 2 bürünc
Ukrayna 1 qızıl, 2 gümüş, 3 bürünc
Ermənistan 1 qızıl, 3 gümüş, 3 bürünc
Qazaxıstan 6 gümüş, 2 bürünc
Həmçinin ötən il Rumıniyada keçirilən İnformatika üzrə Avropa Gənclər Olimpiadasında təəssüf ki, komandamız heç bir medal qazana bilməmişdi. Ötən ilə nisbətən daha uğurlu nəticə əldə olunsa da müqayisələr göstərir ki, ETN və Milli komandanı olimpiadaya hazırlayan komanda daha ciddi işlər aparmalıdır.
İnformatikanın qəbul imtahanlarına salınmasından sonra məktəblərdə, uşaqlarda və valideynlərdə münasibət müsbətə doğru dəyişdiyindən ümid etmək olar ki, qarşıdakı illərdə daha uğurlu nəticələr əldə edə biləcəyik.
İnformatika üzrə Avropa Gənclər Olimpiadasının qalibi Fuad bəyi, onun müəllimlərini və komanda rəhbərlərini, liseyin rəhbərliyini və valideynlərini təbrik edirəm.
İnformatika üzrə Milli Olimpiada komandasına dəstək verən Azercell şirkətinə təşəkkürlər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025

Beynəlxalq Fizika Olimpiadasında məktəblilərimizin uğuru

18-07-2023

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

21-06-2017

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

25-12-2025

Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

15-08-2022

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə