Previous Next
Bağla

13-cü IOI konfransı keçirilib

06-08-2019 15:49
13-cü IOI konfransı keçirilib

Xeberler.az bildirir ki, Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) ev sahibliyi edir.  Avqustun 6-da “Boulevard Hotel”də olimpiada çərçivəsində 13-cü “IOI” konfransı keçirilib. 2007-ci ildən keçirilən yarım günlük “IOI” konfransı standart “IOI” proqramının bir hissəsidir. Konfransda Azərbaycan və xaricdən olan müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti, eləcə də AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Olympiads in İnformatics” jurnalının baş redaktoru Valentina Dagiene tədbir iştirakçılarını salamlayaraq Bakıda keçirilən olimpiadanın əhəmiyyətindən söz açıb, konfransın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra jurnalın icraçı direktoru Mile Jovanov konfransın “Olympiads in İnformatics” jurnalı ilə əlaqəsindən danışaraq, jurnal barədə ətraflı məlumat verib. Qeyd edib ki, jurnal Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsi və Beynəlxalq İnformatika Olimpiadasının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib.

Olimpiada və digər müsabiqələr vasitəsilə informatika fənninin tədrisinin bütün sahələrində tədqiqatların nəşrinə həsr olunmuş bu beynəlxalq jurnalın çapı hər il təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında keçirilən elmi konfransla sıx bağlıdır. Konfransda iştirakı nəzərdə tutulan müəlliflər məqalələrini bu jurnala təqdim edirlər. Onun sözlərinə görə, jurnalın 2019-cu il nəşrində 50 ölkədən 200 müəllifin məqaləsi yer alıb.

Daha sonra konfransda Azərbaycan və xaricdən olan nümayəndə heyəti kompüter öyrətmək və öyrənmək üçün mənbə rolunu oynayan rəqəmsal kitabxana, TLCS layihəsi, uşaqların proqramlaşdırma marafonu, kompüter elmləri, “K-12”də hesablama təfəkkürü - Azərbaycan təcrübəsi, ikinci dərəcəli alqoritmik alətlər, proqram təminatının hazırlanması mövzularında məruzələrlə çıxış edib.

Konfransın ikinci hissəsində müəllimlər üçün “İnformasiya və hesablama üsulları” adlı seminar keçirilib. Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

06-08-2019

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019

Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

05-08-2019

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021

Beynəlxalq İnformatika Olimpiadası gələn il Bakıda keçirilə bilər

30-07-2015

31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

11-08-2019

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018

Beynəlxalq İnformatika Olimpiadasına start verilib

05-08-2019

Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası başlayıb

23-07-2019

2019-cu ilin Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək

01-08-2015

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

07-10-2016

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

03-09-2020

Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

06-08-2019

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019

Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

03-08-2019

Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

29-11-2019

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022

Azercell-in dəstəklədiyi komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

24-07-2025

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanlı təmsilçilər bürünc medal qazanıb

28-06-2021

Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq görülür

30-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə