Previous Next
Bağla

ADB: CAREC rəqəmsal dəhlizi internetin topdansatış qiymətlərini aşağı salacaq

03-08-2026 14:30
ADB: CAREC rəqəmsal dəhlizi internetin topdansatış qiymətlərini aşağı salacaq

Mərkəzi və Qərbi Asiya subregionunda 326 Tbit/s yeni sualtı kabel güclərinin istismara verilməsi nəzərdə tutulur.

Xeberler.az Asiya İnkişaf Bankına (ADB) istinadən məlumat verir ki, bank "Deloitte" beynəlxalq audit şirkətinin dəstəyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) təşəbbüsü çərçivəsində rəqəmsal dəhlizin yaradılması üzrə baş plan hazırlayıb.

Bildirilib ki, CAREC proqramı çərçivəsində rəqəmsal dəhlizin formalaşdırılması isə dənizə çıxışı olmayan Mərkəzi Asiya dövlətlərinə tranzit nöqtələri vasitəsilə bu okean magistrallarına çıxış əldə etmək imkanı verəcək.

Təşəbbüs Mərkəzi Asiya regionunun internet trafikinin ötürülməsi üzrə yeganə şimal marşrutundan kritik asılılığının aradan qaldırılmasına və məlumat mübadiləsinə artan tələbatın ödənilməsinə yönəlib. Tədqiqatda qeyd olunub ki, CAREC dövlətlərində ötürücülük qabiliyyətinə olan beynəlxalq tələbat 2025-ci ildəki 39 Tbit/s-dən 2039-cu ilə qədər 1 045 Tbit/s-ə qədər artacaq və bu da 27 dəfəlik artım deməkdir. Bu gün regionun əsas problemi trafikin həddindən artıq cəmləşməsidir: çox sayda yerüstü fiber-optik kabel xətlərinin olmasına baxmayaraq, regional trafikin təxminən 57 %-i yalnız iki dövlətin ərazisindən keçir, "Şimal" dəhlizinin (Rusiya vasitəsilə) payına isə ötürülən məlumatların ümumi həcminin təxminən 44 %-i düşür.

Bildirilib ki, belə bir vəziyyət əhəmiyyətli fasilə riskləri formalaşdırır və IP-tranzit üçün topdansatış tariflərini yüksək səviyyədə saxlayır. CAREC rəqəmsal dəhliz layihəsi ilə ikinci müstəqil cənub şlüzunun yaradılması nəzərdə tutulur. Transsərhəd infrastrukturunun genişləndirilməsi Mərkəzi Asiya dövlətlərinin Pakistan ərazisindən (PEACE, "2Africa" və UMO sistemləri daxil olmaqla) qlobal sualtı kabel sistemlərinə qoşulmasını təmin edəcək. Aparılan təhlillər göstərib ki, alternativ marşrutların inkişafı yerli bazarlarda artıq nəticə göstərdiyini nümayiş etdirib: Pakistanda və Qırğızıstanda yeni sualtı və yerüstü kanalların yaranması IP-tranzit üzrə topdansatış qiymətlərinin 50–80 % azalmasını təmin edib.

Rəqəmsal dəhliz layihəsinin arxitekturası dörd əsas komponentdən ibarətdir. Magistral fiber-optik kabel xətlərinin çəkilməsi və modernləşdirilməsi çərçivəsində Pakistan və Çin sərhədində çatışmayan hissənin çəkilməsi, yeni transsərhəd birləşmələrin (o cümlədən Səmərqənd - Pəncikənt, Cergatol - Karamık, Miram Şah - Xost) təşkili və bütün şəbəkənin buraxılış qabiliyyətinin artırılması nəzərdə tutulur.

Bundan əlavə, məlumatların emalı mərkəzlərinin ikisəviyyəli ekosisteminin yaradılması daxili xidmətlərin yerləşdirilməsi üçün milli data-mərkəzlərin və bulud hesablamalarını, həmçinin süni intellekti dəstəkləmək məqsədilə Pakistanda paylanmış hipermiqyaslı şlüzun birləşdirilməsini nəzərdə tutur.

Üçüncü komponent çərçivəsində milli IXP-lərin (trafik mübadiləsi nöqtələrinin) iştirakçı ölkələrin hər birinin suverenliyi və əməliyyat nəzarəti qorunmaqla vahid regional pirinq strukturuna inteqrasiyası gözlənilir.

Dördüncü komponent normativ bazanın harmonizasiyasını, daha dəqiq desək, ümumi tənzimləyici çərçivənin hazırlanmasını, keçid hüququnun ("Right-of-Way") əldə edilməsi mexanizmlərinin sadələşdirilməsini, kibertəhlükəsizlik standartlarının və transsərhəd məlumat mübadiləsi qaydalarının unifikasiyasını nəzərdə tutur.

Layihənin maliyyələşdirilməsi və idarə edilməsinin dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən, investisiya konsorsiumlarından, inkişaf institutlarının resurslarından və özəl infrastruktur fondlarından istifadə etməklə qarışıq maliyyələşdirmə ("Blended Finance") sxemi üzrə qurulması planlaşdırılır. ASEAN və "Smart Africa"nın beynəlxalq təcrübəsinə koordinasiyanın baza modeli kimi baxılır.

Araşdırmada qeyd olunub ki, beynəlxalq məlumat trafikinin eksponensial artımının əsas hərəkətverici qüvvəsi sənaye sahələrinin sürətlənmiş rəqəmsal transformasiyası, süni intellekt texnologiyalarının, "bulud" hesablamalarının və dövlət rəqəmsal xidmətlərinin inkişafıdır.

Ekspertlərin proqnozlarına görə, 2031-ci ilə qədər mobil şəbəkələrin qlobal trafiki təxminən 2,5 dəfə artacaq, rəqəmsal texnologiyaların tətbiqindən əldə olunan iqtisadi səmərə isə 2030-cu ilə qədər hər il 12,5 trilyon ABŞ dollarına çata bilər. Subregionda trafik mübadiləsinin həcmi, məlumat mərkəzlərinin ümumi gücünün 106 MVt (əsas obyektlər Türkiyə və Qazaxıstanda cəmləşib) və 18 internet trafiki mübadiləsi nöqtəsinin mövcudluğu şəraitində 29,4 min Qbit/s təşkil edir. Subregionda əsasən "SeaMeWe-6" sistemi sayəsində 326 Tbit/s sualtı kabel tutumlarının istifadəyə verilməsi gözlənilir.

Bundan əlavə bildirilib ki, IP-tranzitin dəyəri infrastrukturun inkişaf səviyyəsindən və tənzimləyici şərtlərdən birbaşa asılıdır. İnkişaf etmiş məlumat mərkəzləri və IXP ekosisteminə malik bazarlarda tranzit tarifləri minimal olaraq (Şərqi Asiyada orta qiymət Mbit/s üçün 0,35 ABŞ dolları, Cənub-Şərqi Asiyada isə 0,56 ABŞ dollarıdır) qalır. Məhdud bağlantısı olan bazarlarda (məsələn, Cənubi Asiyada) orta göstərici 1,36 ABŞ dollarına, Sakit okean regionunda isə 3,24 ABŞ dollarına çatır. Mərkəzi və Qərbi Asiyada ən rəqabətədavamlı tariflər Türkiyə (Mbit/s üçün 0,09 ABŞ dolları), Azərbaycan, Gürcüstan və Ermənistanda qeydə alınıb. Tacikistan və Qırğızıstanda isə şəbəkələrarası qarşılıqlı əlaqənin kifayət qədər inkişaf etməməsi səbəbindən hələ də maksimal qiymətlər qalır.

Hesabatda Myanma ilə bağlı praktiki nümunə göstərilir. Burada UMO sualtı kabelinin 2023-cü ildə istismara verilməsi nəticəsində bir il ərzində IP tranziti üzrə qiymətlər 68 % aşağı düşüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Avropa ölkələri Şimal qütbü vasitəsilə sualtı internet kabeli çəkəcək

Avropa ölkələri Şimal qütbü vasitəsilə sualtı internet kabeli çəkəcək

15-02-2026
Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023
Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024
“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

25-02-2022
Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024
Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023
ADB Azərbaycanda startap ekosisteminin inkişafını dəstəkləyəcək

ADB Azərbaycanda startap ekosisteminin inkişafını dəstəkləyəcək

20-11-2020
“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb   

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Konfransı baş tutub

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Konfransı baş tutub

17-11-2021
“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021
EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022
NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

25-03-2021
AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020
Asiya İnkişaf Bankı  dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

Asiya İnkişaf Bankı dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

01-10-2024
Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026
“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT  qurumlarının iştirakı ilə müzakirə olunub

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023
“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022
Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

03-07-2025
“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir   

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

22-10-2025
AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022
“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021
Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025
Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə