Previous Next
Bağla

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020 19:25
AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin nümayəndə heyəti İsveçrənin Davos şəhərində 21-24 yanvar tarixlərində keçirilmiş Dünya İqtisadi Forumunda iştirak edib.

Xeberler.az bildirir ki, şirkətin baş direktoru Fuad Allahverdiyev və strategiya üzrə müşaviri Azər Bayramov Davos Forumu çərçivəsində keçirilmiş “Caspian Week 2020” konfransı və digər əlaqəli tədbirlərdə Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital Hub” proqramı və proqramın tərkib hissəsi olan “Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsini təqdim ediblər.

Qlobal liderlər, nüfuzlu ekspertlər, iri şirkət rəhbərlərinin iştirak etdiyi və Xəzər regionu ilə dünyanın digər regionları arasında əlaqələrin daha da inkişaf etdirilməsi, bu regionda innovasiyaların tətbiqi məsələlərinin müzakirə olunduğu “Caspian Week 2020” konfransında ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi imkanları və strateji əhəmiyyət daşıyan Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihəsi müzakirə edilib.

AzerTelecom şirkətinin strategiya üzrə müşaviri Azər Bayramov “Qlobal bazarlara çıxış: Böyük Xəzər regionunun yeni tranzit imkanları” panelində çıxışında layihənin regional əhəmiyyətini qeyd edib. Bildirilib ki, fiber-optik kabel xətti Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan istiqamətlərindən ibarət olmaqla Asiya qitəsi ölkələrinin data tranzitinə olan ehtiyacının qarşılanmasına mühüm töhfə verəcək. Transxəzər Fiber-Optik Kabel xətti Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdıracaq və Avrasiya regionunda mövcud marşrutlar arasında ən optimal, ən qısa və məlumat ötürülməsində gecikmələrin az olduğu bir marşrut olacaq. Tədbirdə bu strateji əhəmiyyətli sualtı kabel xətlərinin texniki imkanları vurğulanıb, sonda layihə ilə bağlı suallar cavablandırılıb.

AzerTelecom “Digital Hub” proqramı və onun tərkib hissəsi olan iri infrastruktur layihələrini gələcəkdə də Davos platformasında təqdim edəcək. AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

AzerTelecom Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun üzvüdür. Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirilməsi üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında saziş 9 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “Asan İmza” mobil elektron imza vasitəsilə imzalanıb. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş bir fürsət təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə