Previous Next
Bağla

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023 16:40
Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi çərçivəsində “Əməkdaşlıq şərtləri haqqında Saziş” imzalanıb. Bu saziş strateji tərəfdaşlığın əsas sənədidir və iki şirkət arasında daha öncə imzalanmış memorandum çərçivəsində əməkdaşlığın başlıca şərtlərini müəyyən edir.

Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsidir.

“Bu layihənin həyata keçirilməsi həm Qazaxıstan, həm də Azərbaycan üçün çox vacibdir. Bu, Qazaxıstan və Asiya ölkələri üçün şəbəkənin bağlantısını və etibarlılığını artıran yeni alternativ marşrut, Azərbaycan üçün isə regional rəqəmsal mərkəzə çevrilmək deməkdir. Tarixən mövcud olan İpək Yolu rəqəmsal formada dirçəlir və bu marşrut yüzlərlə terabit məlumatın buraxılışını təmin edəcək. Bu, bütün marşrut boyunca məlumatların saxlanılması və emalı infrastrukturunun inkişafını sürətləndirəcək. Asiya və Avropa arasında informasiya axınının Azərbaycan və Qazaxıstan üzərindən keçməsi regionda rəqəmsal biznesin inkişafı üçün yeni imkanlar yaradacaq”, - deyə “AzerTelecom” şirkətinin əməliyyat üzrə Baş direktoru Sergey Nazarenko bildirib.

Telekommunikasiya operatorları əmindirlər ki, layihə yeni rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasının sürətləndirilməsinə təkan verəcək, məlumatların sürətli və təhlükəsiz ötürülməsi infrastrukturunun daha yüksək inkişaf səviyyəsinə çatmağına, eləcə də ticarət və digər əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

“Fiber-optik rabitə xətlərinin çəkilməsi layihəsi Qazaxıstan üçün çox vacibdir. Onun həyata keçirilməsi ilə biz beynəlxalq trafikə əlavə çıxış və yeni kanal əldə edəcəyik ki, bu da Asiya ölkələrindən Qazaxıstan ərazisindən keçən qlobal tranzit axınını sualtı kabel vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan, Qara dəniz və Bolqarıstandan Avropaya təmin etməyə imkan verəcək. Bundan başqa, paralel olaraq, bu layihə çərçivəsində biz hipermagistral və ya yeni Data Mərkəzlərinin tikintisi kimi digər iri infrastruktur layihələrini yarada biləcəyik. Belə layihələrin inkişafı nəticəsində Qazaxıstan iri beynəlxalq oyunçular üçün maraqlı və perspektivli olacaq”, - deyə “Kazaktelecom” SC-nin Korporativ Biznes Bölməsinin Baş direktoru Almat Karamanov bildirib.

Operatorlar Qafqaz və Mərkəzi Asiyada ən iri layihə olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi üzrə işləri növbəti ilin sonuna kimi reallaşdırmaq niyyətindədirlər. Artıq yüksək səviyyəli dizayn layihəsi işlənib hazırlanıb, detallı yol xəritəsi təsdiq edilib, tədqiqat işlərinin bitməsindən sonra Xəzərin dibi ilə birbaşa “optik xəttin” tikintisi aparılacaq. Sualtı xəttin əsas marşrutu Aktaudan Siyəzənə qədər uzanacaq və uzunluğu 340 kilometrdən çox olacaq, uzunluğu 330 km olan ehtiyat kanal isə Qazaxıstanın Kurık limanından Bakının yaxınlığında yerləşən Buzovnaya qədər çəkiləcək.

“NEQSOL Holding”in tərkibinə daxil olan “AzerTelecom” Azərbaycanın aparıcı rabitə operatorudur və ölkənin beynəlxalq internet şəbəkəsinə qoşulmasını təmin edir.

“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli rabitə operatoru statusuna malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

Fiber-optik rabitə xətlərinin tikintisi 2022-ci ilədək başa çatacaq

17-09-2019

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

Azərbaycan və Qazaxıstan rəqəmsal telekommunikasiya dəhlizi yaradır

19-11-2019

Xəzərin dibi ilə optik kabelin çəkilişi ilin sonunadək başa çatacaq

06-01-2026

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə