Previous Next
Bağla

NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

25-03-2021 19:34
NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

"NEQSOL Holding beynəlxalq şirkətlər qrupu bəyan edir ki, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən Caucasus Online şirkətinin sahibi olub. Müqavilə nəticəsində holdinq Caucasus Online şirkətinin ana şirkətini alıb. Beləliklə, holdinq Caucasus Online şirkətin 100%-lik yekun sahibi olub, lakin sonuncu şirkətin kapital strukturu dəyişməyib".

Xeberler.az bildirir ki, bu barədə şirkətdən verilən məlumatda deyilir.

“Caucasus Online şirkətinin alınması, 2018-ci ildə başlanan və Rəqəmsal İpək Yolu (Digital Silk Way) kimi tanınan NEQSOL Holding-in daha genişmiqyaslı beynəlxalq layihəsinin bir hissəsidir. Layihə Avropanı Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi və Cənubi Asiya bazarları ilə birləşdirən müasir tranzit fiber-optik infrastruktur şəbəkəsinin inkişafına yönəlib. Caucasus Online, Avropadan Cənubi Qafqaza və Xəzər dənizi bölgəsinə tranzit İnternet çatdırılmasını təmin edən Qara dənizin dibi ilə keçən sualtı fiber-optik kabel xəttinin sahibidir. 

Şirkətin alınması beynəlxalq təcrübəyə və müvafiq yurisdiksiyaların qanunvericiliyinə uyğun olaraq həyata keçirilib. Sahibin dəyişməsi Caucasus Online şirkətinin əməliyyat fəaliyyətinə təsir göstərməyib, şirkət işçiləri, müştəriləri və tərəfdaşları qarşısında bütün müqavilə öhdəliklərini yerinə yetirməyə və xidmət göstərməyə davam edir.

Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində həmçinin Xəzər dənizin dibi ilə keçən, Azərbaycan və Qazaxıstanı birləşdirəcək fiber-optik kabel xəttinin inşası işlərinə də başlanılıb. Azərbaycan və Türkmənistanı birləşdirəcək xəttin çəkilməsi üçün də 2019-cu ildə razılıq əldə edilib.

Layihənin həyata keçirilməsi bölgənin bütün ölkələri üçün faydalı olacaq. Layihə Azərbaycan və Gürcüstanda müasir məlumat və İnternet mübadilə mərkəzlərinin yaradılması imkanını nəzərdə tutur. Layihənin icrası bölgədə rəqəmsal iqtisadiyyatın inkişafına, həmçinin ümumi əhalisi təqribən 1,8 milyarda yaxın olan Mərkəzi və Cənubi Asiyada müxtəlif rəqəmsal xidmətlərə çıxışın yaxşılaşmasına xidmət edəcək.

2020-ci ildə Rəqəmsal İpək Yolu layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

NEQSOL Holding-in fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, BƏƏ və s. kimi ölkələrdə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir” - deyə, məlumatda qeyd olunub.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan holdinqi Gürcüstanın telekommunikasiya şirkətini satın alıb

24-03-2021

Azərbaycan Avropadan Asiyaya internet trafikinin daşınması missiyasını üzərinə götürə bilər

01-04-2021

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Gürcüstan Azərbaycana satdığı şirkətdən niyə əl çəkmir?

06-05-2021

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

13-12-2021

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

30-03-2022

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

14-05-2021

NEQSOL Holding-in təşkilati dəstəyi ilə Capacity Qafqaz və Mərkəzi Asiya 2022 tədbiri keçiriləcək

31-01-2022

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə