Previous Next
Bağla

Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

06-08-2026 17:45
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa  çatıb

Avropa ilə Asiya arasında Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilən Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabelin çəkilməsi uğurla başa çatıb.

“AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 km uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib.

Xüsusi avadanlıqla təchiz olunmuş gəmi vasitəsilə zirehli fiber-optik kabel Xəzər dənizinin dibi ilə təhlükəsiz və dayanıqlı marşrut üzrə yerləşdirilib.

“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov layihənin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib: “Azərbaycan üzərindən yeni rəqəmsal dəhliz
yaradacaq "Rəqəmsal İpək Yolu" layihəsinin əsas komponentlərindən biri Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsidir. Layihəni texniki baxımdan mürəkkəbləşdirən əsas amil Xəzər dənizinin dibi ilə belə bir infrastrukturun ilk dəfə yaradılması idi. Bu mərhələnin uğurla tamamlanması tezliklə Xəzər dənizi üzərindən Avropa ilə Asiya arasında trafik mübadiləsinin başlamasına imkan verəcək”.

Hazırda kabel xəttinin sahilyanı infrastrukturla inteqrasiyası, həmçinin yerüstü infrastrukturun tikintisi üzrə işlər davam etdirilir. Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.

Trans-Xəzər Fiber-Optik Kabel Xətti “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir.

Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - “Rəqəmsal İpək Yolu” məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

"AzerTelecom" haqqında

"AzerTelecom" regionun ən böyük beynəlxalq magistral operatoru olmaqla internet
trafikinin topdansatışı, tranziti, transmissiya və s. xidmətləri təqdim edir. "AzerTelecom" müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir.

“Kazakhtelecom” haqqında

“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025
Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024
Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025
Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025
Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024
Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020
"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025
Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023
Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025
"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023
“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022
“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021
Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023
“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

23-08-2021
"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023
Prezident: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

Prezident: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

15-05-2026
“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb   

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022
Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

06-08-2026
Dörd ölkənin telekommunikasiya  operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021
Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanılıb

Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanılıb

31-07-2026
“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023
Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə