Previous Next
Bağla

Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

03-07-2025 14:55
Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

Sualtı kabellər qlobal rəqəmsal iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilib. “Infra-Analytics” firması Lissabonda keçirilən “SubOptic – 2025” tədbiri üçün “TelegeGeography” ilə birlikdə kabel internet infrastrukturu ilə bağlı tendensiyalar, problemlər və strategiyalar haqqında hesabat dərc edib.

Xeberler.az “TeleGeography”yə istinadən məlumat verir ki, kabellərin mühüm rolu infrastruktura əhəmiyyətli investisiyaları məcburi edir, həm də fiber-optik kommunikasiya xətlərinin təhlükəsizliyini və etibarlığını təmin edən hakimiyyət orqanlarından təchizat zəncirlərinə diqqətin artmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, sənayedə genişmiqyaslı dəyişikliklər baş verir - yeni yüksək tutumlu kabellərin istismara verilməsi köhnə kabel infrastrukturunun əhəmiyyətli hissəsinin “təqaüdə çıxması” ilə eyni vaxta təsadüf edir. Bu, yaxın gələcəkdə kabel istismarı sənayesinə təsir göstərəcək və kabel sistemlərinin təmiri və utilizasiyası üçün gəmilərə olan tələbata təsir edəcək. Uzunmüddətli infrastrukturun saxlanması müqavilələrinin davamlılığı və onun səmərəliliyi də sual altındadır. Hesabatda 2040-cı ilə qədər 1,6 milyon kilometr yeni kabellərin çəkiləcəyi proqnozlaşdırılır; eyni tarixə qədər daha 850 min kilometr köhnəlmiş kabellər istismardan çıxarılacaq ki, bunun da 50 faizi 2030-cu ilədək baş verəcək. Sualtı rabitə kabellərinin uzunluğunun 2025-2040-cı illər arasında 48 faiz artacağı proqnozlaşdırılır ki, bu da illik təmirin 36 faiz artmasına gətirib çıxarır.

Proqnozlara görə, 2040-cı ilə qədər 15 kabel texniki gəmisi dəyişdirilməlidir, onlardan beşi yaxın 5 əvəzlənməlidir. 2040-cı ilədək Asiyada ən azı beş əlavə xidmət gəmisi tikilməli, gəmilərin dəyişdirilməsi və donanmanın genişləndirilməsi üçün təxminən 3 milyard dollar investisiya lazımdır.

2040-cı ilə qədər ümumi kabel uzunluğunun 48 faiz artması ilə bir çox köhnəlmiş kabellər növbəti beş ildə istifadədən çıxarılacaq. Bu, labüd fasilələrə gətirib çıxaracaq. Cənub-Qərbi Sakit okeanın qeyri-adi dərəcədə yüksək səviyyədə kabel infrastrukturunun təmiri tələbləri ilə qarşılaşmağa davam edəcəyi gözlənilir. Bu amillər, artan kabel şəbəkəsinin uzunluğu və köhnəlmiş təmir donanması ilə birlikdə xidmət keyfiyyətini qorumaq üçün daha çox gəmiyə ehtiyacı nəzərə almağı zəruri edir. 2040-cı ilə qədər kabel infrastruktur gəmilərinin təxminən yarısı (47 faiz) 40 illik ömrünün sonuna yaxın olacaq. Xidmət gəmiləri üçün vəziyyət daha da pisdir, donanmanın 64 faizi o vaxta qədər 40 yaşını tamamlayacaq. Eyni zamanda, kabel infrastrukturunun özünə də əhəmiyyətli investisiyalar qoyulur ki, bu da onlara xidmət göstərən donanmaya məhdud investisiya qoyuluşu ilə ziddiyyət təşkil edir.

Yaxın illərdə kabel idarəetmə sistemi iqtisadiyyatda mühüm rol oynayacaq. Dünyada bir çox sualtı kabel layihələri həyata keçirilir, onlardan bəziləri həqiqətən qlobal xarakter daşıyır. Hayperskalerlər indi əsas rol oynayırlar. Məsələn, Mark Zukerberqin “Meta” şirkəti “Waterworth” adlı bütün dünyanı əhatə edən internet kabeli çəkmək niyyətindədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa ölkələri Şimal qütbü vasitəsilə sualtı internet kabeli çəkəcək

15-02-2026

İnternetin taleyi necə olacaq?

29-06-2009

İnternet istifadəçilərinin sayı artdıqca...

11-05-2009

Yeni nəsil rabitə kabeli istismara verilib

27-09-2017

Azərbaycan Kabel Operatorları Assosiasiyası yaradılıb

30-11-2010

İnternet təhlükədə

31-10-2015

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016

Bakıda 10 minə yaxın quyu texniki normalara uyğunlaşdırılıb

10-03-2017

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Sualtı internet infrastrukturu: Qurulması və əhəmiyyəti

19-05-2020

Operatorlar yeni texnologiyaya keçir: sürət artacaq

20-08-2015

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Aztelekom kənd ATS-lərində fiber-optik kabel çəkilişini həyata keçirir

14-03-2012

Ermənistanda və Afrikada internetə çıxışda problemlər yaranıb

11-07-2010

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

22-10-2025

"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Latviya Baltik dənizində fiber optik kabel zədələnib

05-01-2026

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Ermənistan internetsiz qalıb

13-09-2010

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Kabel televiziyası ilə bağlı qanun gərəkdirmi?

06-12-2010

Ermənistan internetsiz qaldı!!!

27-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə