Previous Next
Bağla

ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib

23-10-2024 17:07
ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib

23 oktyabr tarixində “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib. 

Xeberler.az bildirir ki, tədbirin əsas mövzusu Azərbaycanda dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi ilə dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, bu istiqamətdə atılacaq addımlar olub. 

Məmmədov rəqəmsal innovasiya sahəsində beynəlxalq əməkdaşlıq və dayanıqlı nəqliyyatın inkişafı üçün Azərbaycanın strateji baxışının əsas məqamlarını diqqətə çatdırıb. 

“COP29”-un baş icraçı direktoru Elnur Soltanov və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov öz çıxışlarında qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyatın önəmi, bu sahədə əsas qlobal təcrübələr və 2030-cu ilədək Milli Prioritetlər, həmçinin Azərbaycanın yaşıl innovasiya sektorunda artan rolu haqqında iştirakçılara ətraflı məlumat veriblər. 

ADY tərəfindən bu istiqamətdə görülən işlər, əldə edilmiş nəticələr və gələcək planlar barədə danışan R.Rüstəmov bildirib ki, Azərbaycanda ümumi enerji istehlakının 1,12%-i dəmir yolu nəqliyyatının payına düşür və bu sahədə istilik effekti yaradan qazların emissiyası  0,5%-dən az təşkil edir: “Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.

Daha sonra tədbirdə iştirak edən Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder çıxışı zamanı qlobal miqyasda dəmir yolu sistemlərinin dekarbonizasiyası istiqamətində görülən təşəbbüslərdən danışıb, ADY-də onun reallaşdırılmasının gətirəcəyi faydaları qeyd edib.

Çıxışların ardınca ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı baş tutub.

Daha sonra ADY sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Lederin iştirakı ilə iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

05-12-2025

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

Asiya İnkişaf Bankı dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

01-10-2024

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

ADY İT akademiyası yaradacaq

03-02-2025

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025

Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

07-07-2025

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026

Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

15-04-2026

Dəmir Yolları Siemens şirkəti ilə əlaqələri möhkəmləndirir

21-07-2016

“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb

22-01-2025

“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin olundu

26-10-2022

"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır

01-02-2025

"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

22-01-2026

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə