Previous Next
Bağla

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020 12:45
Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

Xeberler.az bildirir ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib.

Bu gün ölkəmizdə mövcud olan, Mərkəzi Bank tərəfindən yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir və informasiya texnologiyaları sahəsində ən son nailiyyətlərə əsaslanır. Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir. Lakin, müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir. 

AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcəkdir. AÖS-ün istismara verilməsi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldəcək, o cümlədən iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaq. 

Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılmış və pilot rejimində “B2B”, “C2C” (“Biznesdən biznesə”, "Müştəridən müştəriyə") tipli ödənişlərin həyata keçirilməsi təmin olunub. 

AÖS-ün əhatəliliyinin genişləndirilməsi məqsədilə yeni bankların sistemə inteqrasiyası, eləcə də istifadəçilər üçün mərhələli şəkildə funksionallıqların artırılması istiqamətində işlər davam etdirilir. Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcək. Eyni zamanda, Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalı üzərindən təqdim olunan 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi funksionallığı da cari ilin sonunadək istifadəyə veriləcək. 

AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın həcminin əhəmiyyətli azalmasına və yekunda nağdsız cəmiyyətin formalaşdırılmasına təkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ANİpay ilə yeni istifadəçilərin qeydiyyatı müvəqqəti dayandırılıb

ANİpay ilə yeni istifadəçilərin qeydiyyatı müvəqqəti dayandırılıb

23-06-2025
Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018
Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015
Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022
Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021
Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018
Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022
Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015
Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016
Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

30-01-2019
9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025
Azexport portalı Pay Ring rəqəmsal ödəniş sisteminin icrasına başlayıb

Azexport portalı Pay Ring rəqəmsal ödəniş sisteminin icrasına başlayıb

16-01-2020
Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018
Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023
AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

08-12-2025
Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

25-12-2025
Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

29-12-2025
DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019
ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

19-11-2025
Mərkəzi Bank ianə köçürülməsi imkanlarını genişləndirib

Mərkəzi Bank ianə köçürülməsi imkanlarını genişləndirib

23-03-2020
Azərbaycanda mobil telefonla ödəniş etmək mümkün olacaq

Azərbaycanda mobil telefonla ödəniş etmək mümkün olacaq

06-03-2019
Azərbaycanda Visa Cashless Forum-u keçirilib

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020
E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018
Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə