Previous Next
Bağla

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

30-01-2019 18:42
Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

Azərbaycan Respublikasının Mərkəzi Bankı cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 fevral tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verir.

Xeberler.az  bildirir ki, üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.

Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcəkdir. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edəcəkdir. Lotereya dövründə ümumilikdə ölkə üzrə 1800 nəfərin qalib olacağı planlaşdırılır.

Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Ödəniş kartı emissiya edən bankların kommunikasiya və müştəri xidməti personalı təlimatlandırılmışdır. Həmçinin, Azərbaycan Banklar Assosiasiyası lotereyanın kommunikasiyası üzrə Mərkəzi Bankın tərəfdaşıdır.

Lotereya, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilir.

Mərkəzi Bank tərəfindən növbəti illərdə də analoji kampaniyaların keçirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022
Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018
Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018
Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!

Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!

04-03-2025
E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016
Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025
Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025
Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023
Azərbaycanda lotereya və idman mərc oyunları nağdsız dövriyyəyə cəlb edilə bilər

Azərbaycanda lotereya və idman mərc oyunları nağdsız dövriyyəyə cəlb edilə bilər

25-05-2023
IV Beynəlxalq Bankçılıq Forumu keçirilib

IV Beynəlxalq Bankçılıq Forumu keçirilib

06-11-2019
Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023
“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

17-09-2020
Azərbaycanda Visa Cashless Forum-u keçirilib

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020
Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023
İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023
Rəqəmsal ödənişlər müzakirə olunub

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017
Unibank daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu

Unibank daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu

17-11-2015
Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023
Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

30-08-2025
Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019
Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

19-04-2023
Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

17-02-2021
"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə