Previous Next
Bağla

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015 17:42
Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Milli Ödəniş Sisteminin təhlükəsizliyinin artırılması, sabit fəaliyyətinin təmini və inkişafı istiqamətində tədbirlər davam etdirilir.

MB-dən Xeberler.az-a verilən məlumata görə, Mərkəzi Bank tərəfindən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkədə ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi infrastrukturu yaradılıb.

AMB tərəfindən bu sahədə həyata keçirilən əsas tədbirlərdən biri hal-hazırda icrası başa çatmaq üzrə olan “Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsidir. Layihə çərçivəsində ödəniş sisteminin fəaliyyəti lokal telekommunikasiya şəbəkəsi üzərindən quruldu və sistem iştirakçıları olan banklara, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə milli valyutada hesablaşmaların beynəlxalq telekommunikasiya təchizatçısı olan SWIFT ilə yanaşı, həm də lokal telekommunikasiya şəbəkəsi üzərindən həyata keçirilməsi imkanı yaradılıb.

Məhz vaxtında görülmüş bu qabaqlayıcı tədbirlər nəticəsində cari ilin 16 noyabr tarixində ölkənin beynəlxalq internet şəbəkələrinə çıxışında fasilələrin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sisteminin (XÖHKS) sabit və davamlı fəaliyyətində hər hansı bir problem yaşanmadı. Sistem iştirakçılarının milli valyutada aparılan hesablaşmalarının fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.

Eyni zamanda “Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsi çərçivəsində ödəniş sistemlərinin təhlükəsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın mövcud ehtiyat mərkəz infrastrukturu müasir standartlar əsasında təkmilləşdiriləcək. Həmçinin növbəti ildə XÖHKS-də beynəlxalq təcrübədə geniş tətbiq olunan “birbaşa debetləşmə” ödəniş alətinin istifadəsi üçün müvafiq funksional imkanın yaradılması, sistemdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imzadan istifadə edilməsi həyata keçiriləcək.

Mərkəzi Bank tərəfindən pərakəndə nağdsız ödənişlərin inkişafı üzrə həyata keçirilən digər mühüm layihə “Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılmasıdır. Bu layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi ilə aparılan əməliyyatların effektivliyinin artırılmasını və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin edəcək. Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeys (əlaqə) yaradılacaq və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək.

Mərkəzi Bankın ödəniş sistemləri üzrə fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsidir. Bu sahədə görülən tədbirlərdən biri də vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən “Hökumət Ödəniş Portalı”nın (HÖP) yaradılmasıdır.

Hazırda dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmış infrastruktura inteqrasiya olunub. Eyni zamanda HÖP infrastrukturu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Elektron Hökumət” dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (VXSİDA) həvalə edilən funksiyaların səmərəli və operativ icrasının təmin edilməsi məqsədilə Dövlət Agentliyi ilə birgə fəaliyyət göstərilir. Hazırda çoxfunksiyalı ASAN ödəniş sistemi vasitəsi ilə ödənişlərin, habelə “ASAN xidmət” mərkəzlərində göstərilən dövlət xidmətləri üzrə ödənişlərin HÖP üzərindən aparılması təmin edilib.

HÖP-ə inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 330-dan çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) Azərpoçt MMC-nin və 40-dan çox bankın 2000-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb. Mərkəzi Bank tərəfindən yuxarıda qeyd olunan layihələrin reallaşdırılması ödəniş sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini, habelə iqtisadiyyatda nağdsız hesablaşmaların daha effektiv həyata keçirilməsini təmin edərək nağdsız ödənişlərin inkişafı və əhatə dairəsinin genişlənməsində mühüm rol oynayır.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ödəniş sistemlərinin təhlükəsizliyi təkmilləşdirilir

14-09-2015

“İnternetdə yaranan problem bankların fəaliyyətinə heç bir təsir göstərmir”

18-11-2015

Milli Ödəniş Sistemi komponentləri təkmilləşdirilir

10-02-2016

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Hökumət Ödəniş Portalında yenilik var

15-01-2019

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Elektron Hesabat Sistemi yaradıldı

16-08-2018

Unibank daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu

17-11-2015

Tahir Mirkişili: "Ödəniş xidmətlərinə çıxış imkanları genişləndiriləcək"

24-06-2023

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

09-09-2019

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə