Previous Next
Bağla

Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib

07-02-2025 13:02
Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib

Əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığın artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində 2024-cü ildə bir sıra tədbirlər uğurla icra olunub. Agentliyin prioritet fəaliyyət istiqamətlərinə informasiya dəstəyinin təmin edilməsi məqsədilə müxtəlif istiqamətlərdə layihələrin icrası davam etdirilib. Qurumun fəaliyyəti, Xidmətlər Zərfi, qanunvericilikdə dəyişikliklər və s. barədə əhalini maarifləndirmək üçün 91 sayda məlumat açıqlanıb. Mediadan daxil olan 524 sorğu, sosial media hesablarına göndərilən 4083 sorğu cavablandırılıb. Hər il istifadəçi sayında artım müşahidə olunan Agentliyin yenilənmiş rəsmi internet səhifəsi (https://its.gov.az/) NETTY – Milli İnternet Mükafatının “Dövlət və elektron hökumət” istiqaməti üzrə “Ən yaxşı veb-sayt” nominasiyasında qalib seçilib.

Xeberler.az bildirir ki, bu barədə Agentliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, icbari tibbi sığorta sahəsində maarifləndirici silsilə tədbirlərin həyata keçirilməsi davam edib. Dövlət, qeyri-dövlət qurumlarının, ali və orta təhsil müəssisələrinin pedaqoji heyəti, məktəblilər və onların valideynlərini, dini icmaların nümayəndələrini məlumatlandırmaq üçün ümumilikdə 28 604 nəfərin iştirakı ilə 440 sayda maarifləndirmə tədbiri keçirilib.

Maarifləndirmə kampaniyası çərçivəsində televiziya, radio və rəqəmsal platformalar üzərindən genişmiqyaslı informasiya işi həyata keçirilib. İlin əvvəlindən müxtəlif televiziya kanallarında icbari tibbi sığorta mövzusunda xüsusi verilişlər yayımlanıb, həftəlik proqramlar təşkil edilib və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb. Bununla yanaşı, Agentliyin feysbuk səhifəsi üzərindən 27 canlı yayım reallaşdırılıb. Radio dalğalarında isə dinləyicilərə icbari tibbi sığorta sisteminin iş prinsipləri və istifadə qaydaları haqqında gündəlik məlumatlar təqdim olunub. Bütün bu tədbirlər sayəsində geniş ictimaiyyət icbari tibbi sığorta mexanizminin imkanları barədə daha ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, respublika üzrə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun filialları, DOST Mərkəzi, Bakı Regional Məşğulluq Filialı, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və 80 tibb müəssisəsi ilə əməkdaşlıq çərçivəsində ümumi olaraq 829 monitorda icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib. Habelə Bakı şəhərindəki açıq məkanlarda və 18 metro stansiyasında 71 reklam və məlumatlandırma lövhəsi nümayiş olunub. İcbari tibbi sığorta sistemi və sağlam həyat tərzinə dair 26 növ maarifləndirici çap materialı hazırlanıb. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə dair ölkə üzrə əhalinin məmnunluq və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğular keçirilib. Keçirilmiş sosioloji sorğular əhalinin 95%-nin məlumatlı, 59%-nin isə tibbi xidmətlərdən məmnun olduğunu göstərir.

İctimaiyyətin məlumatlandırılması, media və QHT nümayəndələri ilə işin təkmilləşdirilməsi məqsədilə mətbuat konfransı, mediaturlar və “Açıq qapı” günü keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025

İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

06-03-2025

Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “AzStateNet” şəbəkəsinə köçürülüb

06-06-2023

Dövlət agentliyi lisenziya yenilənməsi xidmətinə 4,6 milyon milyon manat xərcləyəcək

24-01-2023

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

İTSDA-nın yenilənmiş saytının təqdimat mərasimi keçirilib

29-10-2024

Azərbaycan xəstəxanalarında randevu sistemi test rejimdə tətbiq olunacaq

31-10-2023

“Rəqəmsal Tibbi Həllər” şirkəti yaradılıb

16-01-2024

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

27-05-2021

Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb

28-08-2023

"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

02-05-2023

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq

31-12-2021

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

22-08-2019

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

İcbari sığorta haqlarını ödəmək asanlaşdı

08-01-2018

“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

04-04-2022

Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər proaktiv qaydada təyin ediləcək

26-04-2022

NRYTN-in dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulubv

28-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə