Previous Next
Bağla

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020 14:09
Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

Bu ilin yanvar ayının 1-dən icbari tibbi sığorta mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Xəbər verildiyi kimi artıq şimal bölgəsinin 20 rayonunda bu prosesə start verilib. Prosesi həyata keçirmək üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılıb.

Xeberler.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidentinin prezidenti Osman Gündüz icbari tibbi sığortanın tətbiqində ciddi problemlər mövcuddur.

Osman Gündüz “Hələlik bu sahədə ciddi problemlər mövcuddur, məlumatlandırma və rəqəmsal transformasiya işlərində ciddi qüsurlar var. İndiki halda vətəndaşın sığorta statusunun vəziyyəti haqqında, hansı xidmətləri və haradan ala biləcəyi haqqında, pulsuz hansı xidmətləri və dərmanları ala biləcəyi haqqında, hansı ailə həkimi və ya poliklinikanı seçə biləcəyi haqqında bilgiləri demək olar ki yox dərəcəsindədir. Bu məlumatları əldə etmək üçün effektiv mexanizmlər hazırlanmayıb”,-deyə bildirib.
 
Ekspert qeyd edib ki, Dövlət Agentliyinin saytında bəsit formada hansısa məlumatları necə gəldi, “pdf” və ya “screen” olaraq atıblar: “İnternet resurslarından görsənir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə Nazirliyinin elektron resurslarına hər hansı inteqrasiyası indiyədək reallaşmayıb. Adicə bir reyestri, tibb müəssisələrinin siyahısını belə “pdf” formatında sayta yerləşdiriblər.
 
MyGov-da icbari tibbi sığorta bölməsi yaradılsa da zəruri və faydalı məlumatlar yetərli deyil. Dövlət Agentliyi və Səhiyyə Nazilriyinin bu sahədə əməkdaşlığının da yetərli olmadığı, ortada qısqanclıqların və maneçiliklərin olduğu hiss olunur. E-gov sahəsində kordinasiyaya cavabdeh qurum olan ASAN Xidmətin eGov Mərkəzi bu məsələlərə diqqəti artırmalıdır. Vətəndaş demək olar məlumatsızdır ki sığorta nəyi qarşılayacaq, hansı xidmətlər və ya dərmanlar pullu və ya pulsuz olacaq. Bütün bunlarla bağlı indiyədək heç bir mobil həllər hazırlanmayıb.
 
Çox təəssüf edirəm ki, uzun müddət keçməsinə baxmayaraq, bir neçə rayonda pilot qaydasında bu sistemin bir neçə ildir ki tətbiq edilməsinə baxmayaraq hələ də normal bir rəqəmsal infrastruktur formalaşmayıb.
 
Düşünürəm ki, ölkədə rəqəmsal transformasiyaya və eGov-a cavabdeh qurumlar, Səhiyyə Nazirliyi , Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB ilə birgə icbari tibbi sığarta sisteminin rəqəmsal transformasiyası üçün işləri canlandırmalıdrılar”.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal Tibbi Həllər” şirkəti yaradılıb

16-01-2024

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

Dövlət agentliyi lisenziya yenilənməsi xidmətinə 4,6 milyon milyon manat xərcləyəcək

24-01-2023

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019

Azərbaycan xəstəxanalarında randevu sistemi test rejimdə tətbiq olunacaq

31-10-2023

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “AzStateNet” şəbəkəsinə köçürülüb

06-06-2023

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025

NRYTN-in dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulubv

28-04-2020

İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

06-03-2025

Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib

07-02-2025

Vətəndaşların xəstəlik tarixçəsi “mygov”a daxil edilib

11-08-2025

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024

Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb

28-08-2023

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019

COVID-19 pasportu belə veriləcək - Dövlət Agentliyindən Açıqlama

25-05-2021

İTSDA-nın yenilənmiş saytının təqdimat mərasimi keçirilib

29-10-2024

"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

02-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə